Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Əməliyyat Xidmətinin inspektoru

Bakı

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Aeroportun  baş planını, kodlaşdırılmış sxemini və perronda yerləşən hava gəmilərinin kodlaşdırılmış dayanacaqlarını bilmək;
  • İnspektor onun fəaliyyətini tənzimləyən normativ sənədləri, təlimatları və dıgər sənədləri rəhbər tutaraq verilən əmrləri vaxtında və dəqiq yerinə yetirmək;
  • Növbə rəisinin göstərişinə əsasən Elektron Mühafizə Hasarının sektorlarından daxil olan siqnalların yoxlanılması üçün qrupun tərkibində iştirak etmək;
  • Hava gəmilərinə uçuşqabağı aviasiya təhlükəsizliyinə dair baxış keçirilən zaman “chek-list”ləri yoxlamaq;
  • Növbənin ehtiyat qrupu tərkibində növbə rəisinin göstərişi ilə siqnal alınan sektora gəlmək, pozuntunun başvermə səbəbini araşdırmaq, qaydanı pozan şəxs və şəxslərin saxlanılması üçün tədbirlər görmək;
  • Xidmətdə olarkən əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək.
  • İş rejimi:  2 növbəli:
  • I növbə: 08:00-20:00
  • II növbə: 20:00-08.00
  • 2 iş günündən sonra 2 istirahət günü.
  • -Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • -İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Xüsusi tələblər

  • Təhsili/ixtisası: Ali təhsil;
  • Dil bilikləri: azərbaycan dili - əla;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma;
  • İşində diqqətli olması.
  • Rus dili biliyi arzuolunandır.

Telegram kanalımız