Baş energetik (Sabirabad)

Sabirabad

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təsərrüfatın enerji təchizatını təmin edir.
  • Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün gündəlik olaraq bütün enerji təsərrüfatını yoxlayır və lazımi tədbirlərin görülməsinə qərar verir.
  • Xam pambığın tədarükü və saxlanılması zonasında, mahlıc emalı sexində, texnika parkında, mahlıc və çiyid anbarında elektrik təhlükəsizliyini təmin edir.
  • Emal sexində, zavodyanı ərazidə, anbarlarda və bütün ərazidə bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət edir.
  • İşlək avadanlıqların istənilən vaxt ehtiyyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verib təmin etməlidir.
  • Bütün ərazidə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət edir.
  • Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmirinə, enerjinin qənaətlə sərfinə nəzarəti təşkil edir.
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırır.
  • Enerji qurğularının davamlı və təhlükəsiz işini təmin edir.
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarəti təmin edir.
  • Elektrik cihazlarının təmiri və yoxlanılmasını qrafikə uyğun təşkil edir və vaxtaşırı bütün elektrik cihazlarının sazlığını yoxlayır.
  • Təmir dövründə bütün işlək aqreqatların işləyib-işləməməsini yoxlamalıdır.
  • Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilini aparır, qəzalar, onların statistikası və səbəblərini araşdırır və uçotunu təşkil edir.
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini işləyir və onların yerinə yetirilməsinə nəzarət edir.
  • Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verir və qəbul edilmiş təkliflərin tətbiqini təşkil edir.
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir.
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası həyata keçirir.

Xüsusi tələblər

  • Görülmüş işlərin nəticəsinə, təminatına və fəsadlarına bir başa məsuliyyət daşıyır.
  • Elektrik cihazlarının təhlükəsiz işləməsinə görə bir başa məsuliyyət daşıyır.
  • Təsərrüfat ərazisində bütün elektrik xətlərinə nəzarət və israfçılığa görə məsuliyyət daşıyır.
  • Xam pambığın tədarükü və saxlanılması zonasında, mahlıc emalı sexində, texnika parkında, mahlıc və çiyid anbarında elektrik təhlükəsizliyinə görə məsuliyyət daşıyır.
  • Lazımı sənədlərin düzgün və vaxtında hazırlanmasından məsuldur.
  • İş yerinin təhlükəsiz, təmiz və SƏTƏM qaydalarına uyğun saxlanmasına məsuldur.

Telegram kanalımız