Xəzinədar - Bakı (Hava Limanı)

Bakı

Azərbaycan Beynəlxalq bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Filial müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun  xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsini təmin etmək;
  • Gün ərzində xəzinə üzrə mədaxil / məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nın qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət etmək;
  • Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl  onun tam doldurulması  və əməliyyata sərəncam verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət etmək;
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil / məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxmaq;
  • Növbəli iş rejimində çalışa bilmək (gecə və gündüz növbələri);
  • Bankın ona verdiyi əsas vəsaitlərdən: komputer, pulsayan avadanlıq və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanıldığı haqda şəxsi məsuliyyət daşımaqdır.

Xüsusi tələblər

  • Ali iqtisadi təhsili olan;
  • Orta səviyyədə İngilis və Rus dili bilikləri olan;
  • Komandada işləmək bacarığı olan;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti olan;
  • Riyazi hesablama aparmaq qabiliyyəti olan;
  • İşdə dəqiqlik, detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.

Telegram kanalımız