Heyətin Hazırlığı İdarəsi Təlimlərin planlaşdırılması şöbəsinin sənədlərin aparılması üzrə mühəndisi

Bakı

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Rəhbər sənədlərin müəyyən edilmiş standartlara uyğunluğunu təmin etmək;
  • Rəhbər sənədlərə və təlim proqramlarına yenidən baxılması və yoxlanılması prosesini vaxtlı-vaxtında həyata keçirmək;
  • Elektron formada olan rəhbər sənədlərə nəzarət etmək və onların müvafiq standartlara uyğun dövriyyəsini həyata keçirmək;
  • Xidmətə aid olan sənədlərin məhv edilmə vaxtı çatana qədər arxivdə saxlanılmasını təmin etmək;
  • Rəhbər sənədlərin dəyişdirilməsini və əlavələrin Heyətin Hazırlığı İdarəsinin mütəxəssislərinə çatdırılmasını təmin etmək;
  • Hər bir rəhbər sənədin lazımi şəxslərə və şöbələrə paylanılmasını həyata keçirmək;
  • Uçuş heyəti, təyyarə bələdçiləri və aviasiya mütəxəssislərinin şəxsi işlərində təlim-məşq sənədlərinin düzgün tərtib olunmasına nəzarət etmək, personal barədə şəxsi məlumatın elektron formatda saxlanılmasını təmin etmək;
  • Heyətin Hazırlığı İdarəsinin inkişafı və daha effektiv olması üçün müəyyən plan və təkliflər hazırlamaq. 
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar qeyri-iş günüdür;
  • Bayram və matəm günləri qeyri-iş günüdür;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.

Xüsusi tələblər

  • Ali aviasiya təhsili; 
  • Microsoft Word, Excel və Outlook proqramları ilə sərbəst işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili-sərbəst, İngilis dili – orta, Rus dili – arzuolunandır.
  • Prioritetlərin düzgün qurulması, eyni zamanda müxtəlif tapşırıqların icra edilməsi üzrə bacarıqlar;
  • Komandada işləmək bacarığı;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Ünsiyyət qurmaq bacarığı.

Telegram kanalımız