Bankın əməliyyat sahəsi üzrə proseslərin səmərəliyinin artırılması istiqamətində rəhbərlik etmək;
Bankın əməliyyat istiqamətində strateji hədəflərinə çatması üçün təkliflər vermək və onların icrasında iştirak etmək;
Filiallardan və digər struktur bölmələrinin əməkdaşlarının əlaqəli ehtiyyaclarını öyrənmək, müşahidə etmək, araşdırmaq, təhlil etmək;
Kartlar üzrə klirinq və digər sorğuların sürətli həlli üçün təkmilləşdirmə tədbirlərini hazırlamaq;
Ödəniş terminalları üzrə sorğuların sürətli həlli üçün təkmilləşdirmə tədbirlərini hazırlamaq;
Kredit, depozit, kart, nağdsız köçürmələr, ödənişlər və digər xidmətlər üzrə tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
Arxiv işini mütəmadi qaydada inkişaf etdirmək və bu sahədə müxtəlif araşdırmalar aparmaq;
Qanunvericilik tələblərindən irəli gələn tapşırıqların qiymətləndirilməsini, həmçinin bankın əməliyyat infrastrukturuna inteqrasiyasını vaxtlı-vaxtında təmin etmək;
Mövcud və yaradılacaq yeni məhsul, xidmətlər üzrə mərkəzləşdirilmiş dəstək yanaşmalarını inkişaf etdirmək;
Filiallarda gözləmə və xidmət vaxtının azaldılması üçün təyin edilən tapşırıqları idarə etmək və onların icrasını təmin etmək;
Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək və tələbləri açıq şəkildə komandaya izah etmək;
Tələblərlə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
Tapşırıqların planlaşdırılması ilə bağlı iclaslarda iştirak etmək;
Tətbiq olunmuş yeniliklərlə bağlı gedişatı izləmək və qiymətləndirmək.
Xüsusi tələblər
Bank işi və ya digər əlaqəli layihə işi üzrə minimum 2 il təcrübə və biliklərə;
Əməliyyat sahəsi üzrə tələblərin toplanması, məlumatların təhlili və qiymətləndirilməsi təcrübəyə;
Bankda istifadə olunan proqram təminatları sahəsində təcrübəyə;
Mühasibatlıq modeli üzrə biliklərinə;
“Agile” metodologiyaları üzrə təcrübəyə (arzuolunandır);
Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;
Komandada və fərdi şəkildə işləmək bacarığına;
Strateji və taktiki düşüncə qabiliyyətinə;
İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə;
Kredit, depozit, kart proseslərinin rəsmilləşdirilməsi barəsində məlumata;
Bankın filiallarında çıxan problemlərin həlli üzrə təcrübəyə;
Özünəxidmət həlləri (ATM, Ödəniş terminalları və s.) üzrə təcrübəyə;
Kart əməliyyatları və hesablaşmalar üzrə biliklərə;
Yerli bankların bazara təqdim etdikləri məhsul və xidmətləri barəsində detallı məlumatlara;
Oracle FlexCube, İBM BPM və digər proqram təminatlarının arxitektur xüsusiyyətləri üzrə təcrübəyə;
Təqdimatların və hesabatların hazırlanması sahəsində (Power Point, Excel) baza anlayışlara sahib olan şəxsdir.