Sementləyici aqreqatın motorçusu

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Quyuların sementlənməsi, layların hidravlik yarılması və quyuların kimyəvi işlənməsi aparıldıqda müəyyən olunmuş təzyiqdə sementləmə aqreqatlarının güc avadanlığına və gediş (hərəkət edən) hissəsinə xidmət etmək;
  • Aqreqatın obyektdə işləməsi üçün hazırlamaq;
  • Yüksək və aşağı təzyiq xətlərinin quraşdırılması, sökülməsi, calaşdırılması və kipliyə yoxlamaq;
  • Quyuların sementlənməsi, layların hidravlik yarılması, kimyəvi işlənməsi quyuların fontandan dayandırılması və yuyulması prosesində, qazma borularının, qoruyucu kəmərlərin və manifoldların kipliyə yoxlanılmasında iştirak etmək;
  • Aqreqatın mühərriklərinin normal işləməsinin təmin edilməsi, avtomobilin idarə olunması və yanacaqla doldurmaq;
  • Aqreqatın və avtomobilin profilaktik və cari təmirini aparmaq;
  • Aparılan işlərini sənədləşdirilmək;
  • Hərəkətin təhlükəsizliyi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək.

Xüsusi tələblər

  • Peşə təhsili Müvafiq sahə üzrə
  • Sertifikat tələbləri 4 Sertifikat "C" kateqoriyasına daxil olan nəqliyyat vasitəsini idarəetmə hüququ verən sürücülük vəsiqəsi və "Sementləyici aqreqatın motorçusu" peşəsi üzrə sertifikat
  • Peşə təhsili dedikdə müvafiq kateqoriyadan olan nəqliyyat vasitəsini idarəetmə hüququ verən sürücülük vəsiqəsi nəzərdə tutulur.
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Quyuların qazılması texnoloji prosesi, neft, qaz və digər faydalı qazıntıların istehsalı haqqında ümumi məlumatı;
  • Avtomobilin və sementləmə aqreqatının texniki xarakteristikasını, təyinatını, konstruksiyasını, istismar qaydalarını;
  • Sementləmə aqreqatının istismarı və qulluq edilmə qaydaları;
  • Aqreqatın bütün birləşmələrinin quruluşu, qarşılıqlı işləməsi və iş prinsipini;
  • Layların hidravlik yarılmasını, kimyəvi işləməsi, quyuların yuyulması və fontandan dayandırılması;
  • Aqreqatların təmir növləri, görülən iş çərçivəsində çilingər işi.
  • Xilasedici vasitələrdən, ilkin yanğın söndürücü vasitələrdən istifadə qaydalarını;
  • Bədbəxt hadisələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməsi qaydalarını.

Telegram kanalımız