"ABB Rəqəmsal Maarifləndirmə" təcrübə proqramı - Qəbələ

Qəbələ

Azərbaycan Beynəlxalq bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • “ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3-6 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, onlara asudə vaxtın səmərəli idarə edilməsi, əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması, sosiallaşma, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır.

Xüsusi tələblər

  • Həmişə özündən söz açan layihələr təqdim edən və ictimaiyyət üçün daim bütün gücünü səfərbər edən Bankımız aşağıda sadalanan keyfiyyətlərə malik və yaşı 18 - dən 25 - ə qədər olan ali / orta ixtisas təhsili alan tələbələr və ali / orta ixtisas təhsilini yeni bitirmiş gəncləri təcrübə proqramında iştirak etməyə dəvət edir. Namizədlər aşağıda sadalanan keyfiyyətlərə malik olmalıdırlar:
  • Çevik
  • Təşəbbüskar
  • Həvəsli
  • İşgüzar
  • Gülərüz
  • Məsuliyyətli
  • Ünsiyyətcil
Telegram kanalımız