Texnologiya və arxitektura sahəsinin Tədqiqat və inkişaf üzrə baş mühəndisi

Bakı

Azərbaycan Beynəlxalq bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bank sahəsi ilə bağlı yeni texnologiyaların, tendensiyaların və ən yaxşı təcrübələrin tədqiqatını və təhlilini aparmaq;
  • Yeni və innovativ texnologiyalardan istifadə etməklə bankın məhsullarını, xidmətlərini və əməliyyatlarını təkmilləşdirmə imkanlarını müəyyən etmək;
  • Bankın tələb və məqsədlərinə cavab verən yeni texnoloji həllər və sistemlərin layihələndirilməsi və proqramlaşdırılması;
  • Mühəndislər arasında olan texniki dizayn və proqramlaşdırma fəaliyyətlərinə rəhbərlik etmək;
  • Tələbləri müəyyən etmək və komandanın yüksək keyfiyyətli nəticələr əldə etməsini təmin etmək üçün şöbələr və digər iştirakçı tərəflərlə aktiv işləmək;
  • Dünyada texnologiya sahəsində baş verən tendensiyalardan və effektiv təcrübələrdən xəbərdar olmaq;
  • Gənc mühəndislərə mentorluq və kouçluq etmək;
  • Yeni texnologiyanın mənimsənilməsi və tətbiqi üçün tövsiyələr verməkdir.

Xüsusi tələblər

  • Qeyd olunan sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Ali təhsili (kompüter elmləri, mühəndis və əlaqəli sahələrdə olan ixtisaslara üstünlük verilir);
  • Java, Python və ya digər proqramlaşdırma dilləri üzrə bilikləri;
  • Databazalarla işləmə (SQL, NoSQL) – Oracle, MongoDB, Redis və ya digər RESTful və SOAP API-lar üzrə bilikləri;
  • Web texnologiyalarında təcrübə və biliklər (arzuolunandır) – React, Typescript, NodeJS;
  • Machine learning və AI sahəsində bilikləri (arzuolunandır);
  • Blockchain texnologiyaları sahəsində müəyyən bilik və təcrübə (arzuolunandır);
  • Texniki dokumentasiyaları oxuma və yazma qabiliyyəti olan;
  • Docker-la işləmə bilikləri, JIRA, Git ilə işləmə qabiliyyəti;
  • Agile yanaşması ilə işləmə bacarığı olan namizəddir.

Telegram kanalımız