Müqavilələr üzrə mütəxəssis

Bakı

Baku Steel Company
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Satınalmaların təşkili şöbəsinə aid olan müqavilələrin layihəsinin hazırlanması, razılaşdırılması və qeydiyyat sisteminin aparılması;
  • İmzalanmış müqavilələrin planlaşdırılması, icrası və idarə edilməsi (Müqavilə üzrə öhdəliklərin vaxtında və müqavilənin şərtlərinə uyğun icrası, Müqaviləyə əlavə və dəyişikliklərin icrası, Podratçılarla müvafiq koordinasiya və əlaqələndirmə işləri və s.);
  • Müqavilələr üzrə işlərin bütün icra mərhələlərini əhatə edən idarəetmənin təşkili (icra, hesabatların təqdim edilməsi, hesab fakturaların təqdim edilməsi, müqavilələrin yekunlaşdırılması, və s.);
  • İddiaların qarşısının alınması/idarə edilməsi və iddiaların qarşısının alınması prosesində iştirak;
  • Dəyişiklik və iddialarla bağlı məsələlərin qiymətləndirilməsi və Satınalmaların təşkili şöbəsinin rəhbərliyinə müqavilə/kommersiya təkliflərinin təsdiq və ya rədd edilməsi barədə məlumatların verilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıq və göstərişlərin icra edilməsi;

Xüsusi tələblər

  • Bundan əvvəl oxşar sahədə ən azı 1 il iş təcrübəsi;
  • Tikinti və Təchizat tipli müqavilələrin idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
  • Ağır sənaye sahəsində təcrübə üstünlükdür;
  • “Dövlət satınalmaları” haqqında qanuna dair biliklər;
  • Satınalma prosesinin idarə olunmasına dair biliklər;
  • MS Office proqramlarından yüksək səviyyədə işləmə bacarığı;
  • Azərbaycan,ingilis və rus dillərini mükəmməl bilməsi tələb olunur
  • Universitet Diplomu (Təchizat zəncirinin idarə olunması, İqtisadiyyat, Hüquq, Marketinq, Biznesin idarəedilməsi, Beynəlxalq Münasibətlər və ya digər oxşar sahələr üzrə Ali təhsil (bakalavr))

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız