Logistika mütəxəssisi

Bakı

Autolux Azerbaijan LLC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Gömrük bəyannaməsini və nəqliyyat sənədlərini  tərtib etmək, yolda olan yüklər üçün qısa idxal bəyannamələrini rəsmiləşdirmək;
  • Gömrük rüsumlarını əvvəlcədən hesablamaq, gömrük bəyənnamələrini elektron qaydada doldurmaq  və elektron imza ilə təsdiqləmək;
  • Gömrük hesabatlarını ödəniş üçün sistemə daxil etmək, maliyyə şöbəsinə təqdim etmək;
  • Gömrük rəsmiləşdirilməsi ilə bağlı zəruri sənədləri aidiyyatı şöbələrdən toplamaq, (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki  təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. həmin məsələlər ilə bağlı müraciətlər etmək;
  • Daşımaları həyata keçirən xarici şirkətlərlə əlaqələr yaratmaq, yüklərin daşınmasını təşkil etmək;
  • Daşınmaya hazır olan yükün vaxtında yüklənməsini və sənədləşməsinə nəzarəti həyata keçirmək;
  • Yükün daşıma statusu haqqında məlumatı mütəmadi yeniləmək və bu barədə şöbə müdirinə məlumat vermək;
  • Logistik xərclərin Cəmiyyətin müvafiq ERP sisteminə daxil edilməsini təmin etmək;
  • Xarici kontragentlərdən şirkətə daxil olan və 3-cü tərəflərə (nəqliyyat şirkəti, podradçı və s.) təqdim olunmaq üçün nəzərdə tutulan sənədlərin vaxtında  çatdırılmasını təmin etmək.

Xüsusi tələblər

  • 3 il müvafiq  sahədə iş təcrübəsi ;
  • Ali təhsil; 
  • İngilis-dili biliyi;
  • MS Office proqramlarından istifadə bacarığı

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız