Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərinin müəyyən edilməsində, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılmasında iştirak etmək və bu məqsədlə zəruri məlumatları toplamaq;
Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində iştirak etmək;
Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsində iştirak;
Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunmasında iştirak etmək;
Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
Partnyor şirkətlərə və digər təşkilatlara ümumi qiymət təklifinin təqdim olunmasında iştirak etmək;
Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi işinə cəlb olunması;
Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi;
Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanmasında iştirak etmək;
Şöbədaxili riskləri müəyyən etmək və potensial risklər barədə birbaşa rəhbərinə məlumat vermək.
Xüsusi tələblər
İş təcrübəsi: Tələb olunmur
Təhsili/ixtisası: İqtisadiyyat, Riyaziyyat, Tətbiqi riyaziyyat (Kompüter elmləri) üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta
Üstünlüklər: Beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi və ya iştirak etməsi, həyat sığorta şirkətində iş təcrübəsinin olması, magistr dərəcəsinin olması, rus dili biliklərinin orta səviyyədə olması, Proqramlaşdırma (Python, SQL, VBA proqramları) biliklərinin olması
Kompüter bilikləri: MS Excel: orta , MS Word:əla , MS PowerPoint:orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, vmüştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə.