Şəbəkə montaj bölməsi - Mütəxəssis

Bakı

Azersun Holding
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müəssisənin rabitəsinin texniki istismarını düzgün və kəsintisiz  təmin etməli;
  • Şirkət daxilində tətbiq edilən, əmək mühafizəsi, təhlükəsizlik qaydaları, yanğın əleyhinə və s. qaydaları bilməli;
  • Yeni və yerini dəyişən personallar üçün iş yerinin şəbəkə infrastrukturunu hazırlamalıdır;
  • Vaxtı-vaxtında keyfiyyətli təmir işlərinin görülməsi istiqamətində ölçü götürməli;
  • Şəbəkə cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz etməli;
  • İstismara yeni verilmiş avadanlığın iş prinsipinə dair dərslərdə iştirak etməli;
  • Vaxtı vaxtında avadanlıqlara, ehtiyyat hissələrinə,iş alətlərinə, istismar cihazlarına və sərf edilən materialların tələbini etməli;
  • Xidmət göstərən personallarda yaranmış müxtəlif zədələrin aradan qaldırılması istiqamətində kömək göstərməli,Şirkət strukturunu, onun birimləri arasındakı əməliyyat və funksional bağlılığı bilməli;

Xüsusi tələblər

  • Texniki sənədlər üzrə kabel magistralının yerinin təyini. Kabel magistrallarının zədələnmələrdən qorunması və texniki nəzarət;
  • Zədələnmə yerlərinin müəyyən edilməsi və aradan qaldırılması, kabellərin korroziyadan və elektromaqnit təsirlərindən qorunması, elektrik ölçülərinin aparılması, kabelaxtarıcı ilə kabel magistrallarının müəyyən edilməsi işlərində iştirak edilməsi;
  • RadioRabitə cihazlarının texniki xarakteristikaları bilməli, əsas təşkil edən avadanlıqların iş rejimini, komplektasiyasını və texniki istismar qaydalarını bilməlidir;
  • Texniki-istismar qaydalarını, rabitə xətlərinin mühafizəsi və mühafizə zonalarında işlərin istehsalat şəraitini;
  • Kabellərdə, paylayıcı və son qurğularda cütlərin nömrələnməsini, telefon quyuları və şaxtalarının qazla dolmasının yoxlanmasını və qaz analizatorlarından istifadə qaydalarını bilməlidir;
  • Əməyin mühafizəsi normalari, təhlükəsizlik qaydaları, istehsalat sanitariyası ve yanğına qarşi qanunları bilməlidir;
  • Server əməliyyat sistemlərindən anlayışı olmalı, xidmət olunan sahələrdə avadanlıqlarda və nəzarət sınaq aparaturalarında baş vermiş qəza zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması, bütün növ avadanlıqların cari təmiri və sazlanması;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız