Hüquq İdarəsinin hüquq məsləhətçisi

Bakı

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Hüquq şöbəsinəı daxil olan əmr, sərəncam, təlimat, əsasnamə, hüquqi xarakterli digər sənədlərin layihələrinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi eskpertizasını keçirmək;
  • İddia ərizələri və digər məhkəmə sənədlərini hazırlamaq, hüquqi xarakterli nməsələlər üzrə məhkəmə orqanları və digər rəsmi instansiyalarda QSC-nin maraqlarını təmsil və müdafiə etmək, QSC-nin məhkəmə işlərinə baxılmasının nəticələri haqqında Hüquq şöbəsinin rəisinə dərhal məruzə etmək;
  • QSC-nin struktur bölmələrində pretenziya işinin vəziyyətinə nəzarət etmək və bu sahədə metodiki rəhbərliyi həyata keçirmək;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin və beynəlxalq hüquq normalarının yenilənməsi və dəyişikliklər edilməsi baxımından daimi monitorinqini aparmaq;
  • QSC-nin əmr, göstəriş, təlimat, əsasnamə, digər hüquqi xarakterli daxili sənəd layihələrinin işlənib hazırlanmasında iştirak etmək;
  • Vətəndaşların hüquqi xarakterli məsələlər üzrə müraciət, şikayət və təkliflərinə baxılmasında iştirak etmək;
  • Lazımi hallarda müəssisənin maraqlarını müvafiq dövlət qurumlarında təmsil etmək.
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar qeyri-iş günüdür;
  • Bayram və matəm günləri qeyri-iş günüdür;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.

Xüsusi tələblər

  • Hüquqşünaslıq sahəsində ali təhsil; 
  • Microsoft Word, Excel və Outlook proqramları ilə sərbəst işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili-sərbəst, İngilis dili – orta, Rus dili – arzuolunandır.
  • Prioritetlərin düzgün qurulması, eyni zamanda müxtəlif tapşırıqların icra edilməsi üzrə bacarıqlar;
  • Komandada işləmək bacarığı;
  • Fikrini izah etmək qabiliyyəti;
  • Ünsiyyət qurmaq bacarığı.

Telegram kanalımız