Kompyuter diaqnostikası üzrə elektrik (Avtomobillər üzrə)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Avtomobillərin elektrik avandıqlarının yoxlanılması və təmirinin aparılması;
  • Avadanlıqlardakı nöqsanların səbəblərini müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər həyata keçirtmək;
  • Minik və yük avtomobillərinin və avtobusların bütün sistem və aqreqatlarının diaqnostikası və tənzimlənməsini həyata keçirtmək;
  • Təmir üçün zəruri olan yeni alət və ehtiyyat hissələrinin alınması üzrə təkliflərin verilməsində iştirak etmək
  • Təhvil-təslim sənədləşdirmənin aparılması

Xüsusi tələblər

  • Peşə təhsili / Müvafiq sahə üzrə 2 İl / Müvafiq sahə üzrə
  • Məsuliyyət
  • Nizam-intizam
  • Səriştəlik və digər tələblər
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Avtomobillərin və motosikletlərin quruluşu haqqında əsas məlumatları;
  • Sadə qovşaqların yığılma qaydasını; elektrik naqillərin ayrılması, birləşdirilməsi, izolyasiya edilməsi və lehimlənməsi üsullarnıı;
  • Avtodiaqnostika qaydalarını və aparaturadan istifadə qaydalarını;
  • Elektrotexnika və izolyasiya materiallarının əsas növlərini, onların xassələrini və təyinatını; bərkidici işlərin yerinə yetirmə üsullarını, birinci və ikinci texniki xidmətin həcmlərini;
  • Ən geniş yayılmış universal və xüsusi ləvazimatların və orta mürəkkəbli nəzarət-ölçü alətlərinin təyinatını və tətbiq qaydalarını;
  • Emal edilən materialların əsas mexaniki xassələrini; soyuducu və tormoz mayelərin, yağın və yanacağın
  • təyinatını və işlədilməsini;
  • Pnevmatik və elektrik alətin tətbiqi qaydalarnı;
  • Gördüyü işin həcmində elektrotexnika və metalların texnologiyası üzrə əsas məlumatları.
  • Orta mürəkkəbli qovşaq, aqreqat və cihazların quruluşunu və təyinatını;
  • Avtomobillərin və motosikletlərin yığılma, detal, qovşaq, aqreqat və cihazların təmir qaydalarını;
  • Elektrik avadanlığı cihaz və aqreqatların sökülməsi, yığılması, çıxarılması və qurulmasının əsas üsullarını;
  •  Məsul tənzimlənmə və bərkitmə işlərini; elektrik avadanlığı sistemində səciyyəvi nasazlıqları, onların aşkar və ləğvetmə üsullarını;
  • Elektrik avadanlığının təmirində işlədilən materialın təyinatmı və əsas xassələrini; metalın əsas xassələrini;
  • Universal və xüsusi ləvazimatın və orta mürəkkəbli nəzarət-ölçü alətlərinin quruluşunu.

Telegram kanalımız