Daxili nəzarət şöbəsinə böyük məsləhətçi / aparıcı məsləhətçi

Bakı

TƏBİB
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • TƏBİB-in struktur bölmələrində müvafiq fəaliyyət sahələri üzrə daxili nəzarət prosedurlarının həyata keçirilməsi;
  • Görüləcək işlərlə bağlı planların tərtib edilməsində iştirak;
  • TƏBİB-in struktur bölmələrinin fəaliyyətinin əsasnamə, daxili qayda və vəzifə təlimatları tələblərinə uyğunluğunu və yayınmalarının qiymətləndirilməsində iştirak;
  • TƏBİB-in struktur bölmələrinin, həmçinin tabeliyində olan tibb müəssisələrinin əməkdaşlarının törətdiyi hüquqpozmalarını, onların əmək, icra intizamını və qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərini pozması, funksiyalarına uyğun olmayan fəaliyyətlə məşğul olması hallarının araşdırılması və hüquqpozmalara yol vermiş əməkdaşlar barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı təkliflərin verilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabatların və görülmüş işlərin reyestrinin hazırlanması;
  • Yoxlamaların həyata keçirilməsi zamanı daxili nəzarət rəylərinin sənədləşdirilməsinin təmin edilməsi;
  • Aparılmış daxili nəzarət tədbirlərinin nəticələri üzrə cinayət tərkibinin əlamətləri müəyyən edildiyi halda məsələyə hüquqi qiymət verilməsi və sözügedən halların öz təsdiqini tapması halında iş üzrə materialların hüquq-mühafizə orqanlarına göndərilməsi üçün rəhbərlik qarşısında məsələ qaldırması.

Xüsusi tələblər

  • Ali təhsil (hüquq, tibb, iqtisadiyyat, menecment, mühasibat uçotu, maliyyə və audit);
  • Sahə üzrə 3 il iş təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst;
  • Dil bilikləri: İngilis dili – yaxşı.
  • Komanda ilə koordinasiyalı işləmə bacarığı;
  • Məsuliyyətlilik;
  • Nəticəyönümlülük;
  • Verilən tapşırıqların son icra tarixinə həssaslıq;
  • Yüksək təhlil etmə bacarığı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız