Böyük energetik

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İdarənin energetika təsərrüfatının, rabitə və mühafizə qurğuları sahələrinin, həmçinin şöbənin illik iş planının hazırlanmasında iştirak edilməsi.

1.Şöbənin illik iş planının hazırlanmasında iştirak edilməsi.

2.Energetika təsərrüfatı, rabitə və mühafizə qurğuları sahələri üzrə enerji ehtiyatlarından istifadə ilə bağlı məlumatların alınması, araşdırılması və təhlil edilməsi.

3.Energetika təsərrüfatı, rabitə və mühafizə qurğuları sahələrinin işinin planlaşdırılması.

4.İdarənin enerji təsərrüfatının inkişafı və yenidənqurulması planının hazırlanmasında iştirak edilməsi.

İdarənin energetika təsərrüfatının, rabitə və mühafizə qurğularının normal və təhlükəsiz istismarının təmin edilməsi.

1.İdarənin energetika təsərrüfatının, rabitə və mühafizə qurğularının illik iş planına əsasən görülən işlər barədə məlumatların struktur bölmələrdən mütəmadi istənilməsi, daxil olan məlumatların ümumiləşdirilməsi və yekun siyahının hazırlanması.

2.Rabitə və mühafizə qurğularına baxış keçirilməsi, aşkar edilən nöqsanlar barədə aktın hazırlanması və onların aradan qaldırılmasına nəzarət edilməsi.

3.Energetika, rabitə və mühafizə qurğularında istismar qaydalarına və texniki şərtlərin tələblərinə əməl olunmasına nəzarət edilməsi (iş yeri ilə əlaqədar sərəncamın, işin görülməsinə dair icazənin, xüsusi mühafizə vasitələrinin, havalandırma və soyutma sistemlərinin, avadanlıqların üzərində, giriş qapılarında təhlükəsizlik yazılarının və kilidlərin yoxlanılması).

4.İdarənin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına dair görülən işlərdə iştirak edilməsi.

  • Yeni alınan avadanlığın quraşdırılması, sınağının keçirilməsi və istismara buraxılmasında iştirak edilməsi.

1.Yeni alınan avadanlığın quraşdırılmasına, sınağının keçirilməsinə və istismara buraxılmasına dair əmrin hazırlanması.

2.Quraşdırılacaq avadanlığa dair müzakirələrin aparılması, onun texniki parametrlərinin müəyyənləşdirilməsi və istismara buraxılması üçün təqdimatın hazırlanması.

3.Yeni alınan avadanlığın quraşdırılması zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi.

4.Quraşdırıldıqdan sonra avadanlığın hidravlik sınağının təşkil edilməsi.

  • Avadanlıq və qurğuların təmir planının hazırlanması.

1.Təmir planının hazırlanması üçün təmir olunacaq avadanlıq və qurğuların siyahısının və onlarla bağlı məlumatların struktur bölmələrdən istənilməsi.

2.Struktur bölmələrdən daxil olan məlumat və siyahıların ümumiləşdirilməsi, avadanlıq və qurğuların təmir planının hazırlanması (avadanlıq və qurğuların iş saatlarına müvafiq təmirlərinin cari, orta, əsaslı

olmasının müəyyən edilməsi). 

3.Təsdiq olunan təmir planına əsasən işlərin icra olunmasına nəzarət edilməsi.

  • İdarənin energetika təsərrüfatının, rabitə və mühafizə qurğularının cari və əsaslı təmir işlərinin təşkil edilməsi.

1.Energetika təsərrüfatının, rabitə və mühafizə qurğularının elektrik şəbəkəsinin təmir planına uyğun olaraq cari və əsaslı təmir qrafiklərinin tərtib olunması.

2.Təmir olunacaq avadanlıq və qurğuların təmir qrafiklərinə uyğun təmirə dayandırılmalarının təşkil edilməsi.

3.Cari və əsaslı təmir işlərinin görülməsi üçün struktur bölmələrə baxış keçirilməsi, rabitə və mühafizə qurğularında aşkar edilən nöqsanlar barədə qüsur aktının hazırlanmasında iştirak edilməsi.

4.Cari və əsaslı təmir işlərinin görülməsi ilə əlaqədar struktur bölmələrdən təqdim edilən tələbnamələrin yoxlanılması, lazım olan mal-materialların siyahısının hazırlanması və təchizat sifarişinin verilməsi.

5.Struktur bölmələr tərəfindən təqdim edilən qüsurlar cədvəlinə baxılması, yoxlanılması, təmir üçün göndəriləcək avadanlıq və qurğuların siyahısının və təqdimatın hazırlanması.

6.Cari və əsaslı təmir işlərinə nəzarət edilməsi və aşkarlanmış nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi.

7.Cari və əsaslı təmir işlərinin bitməsinə dair təmir aktının tərtib olunmasına nəzarət edilməsi.

  • İdarə üzrə illik elektrik enerjisinə olan tələbatın, enerji balansının və normaların hazırlanması.

1.İdarə üzrə illik elektrik enerjisinə olan tələbatın, enerji balansının və normalar üzrə proqnozun hazırlanması.

2.Növbəti il üçün elektrik enerjisinin differensial normasının tərtib edilməsi.

3.Hər ay struktur bölmələrdən sayğacların faktiki göstəricilərinə dair məlumatların alınması, enerji balansı və sərfiyyat cədvəllərinin hazırlanması.

4.Kənar təşkilata verilən elektrik enerjisinə dair sərfiyyat barədə ikitərəfli aktın tərtib, təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi. İdarə üzrə yanacaq, elektrik və istilik enerjisinə qənaət olunmasına dair tədbirlər planının hazırlanması.

1.İdarə üzrə yanacaq, elektrik və istilik enerjisinə qənaət olunmasına dair tədbirlər planının hazırlanması üçün struktur bölmələrdən lazımi məlumatların istənilməsi, daxil olan məlumatların yoxlanılması, ümumiləşdirilməsi və təsdiq üçün göndərilməsi.

2.Yanacaq, elektrik və istilik enerjisinə qənaət olunmasına dair təsdiq edilən tədbirlər planına struktur bölmələr tərəfindən düzgün əməl olunmasına nəzarət edilməsi.

3.Elektrik və istilik enerjisinin səmərəli istifadəsinə dair tədbirlərin həyata keçirilməsi, onların uçotunun aparılması, hesabatın tərtib, təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi.

4.Enerji ehtiyatlarının sərfinə dair qoyulan məhdudiyyətlərə əməl olunmasına nəzarət edilməsi. 5.İşıq nöqtələrinin uçotunun aparılması, struktur bölmələrin, iş yerlərinin, sahə və ərazinin işıqlandırılmasının, habelə işığın səmərəli bölüşdürülməsinin təmin edilməsi.

5.Yanacaq-enerji resurslarından səmərəli istifadə edilməsində və effektivliyin yüksəldilməsinə dair təkliflərin hazırlanmasında iştirak edilməsi.

6.Enerji balansının analiz edilməsində və qənaət üçün rezervlərin aşkarlanmasına dair təkliflərin hazırlanmasında iştirak edilməsi.

  • Əsaslı təmir-tikinti və quraşdırma işləri ilə əlaqədar layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi.

1.Struktur bölmələr tərəfindən təqdim edilən təmir-tikinti, quraşdırma işlərinə dair layihə tapşırıq blanklarının yoxlanılması və texniki şərtin hazırlanması.

2.Təmir-tikinti və quraşdırma işləri üzrə lazım olan avadanlıq, malmaterialların sifarişinin və təqdimatın hazırlanması, aidiyyəti üzrə göndərilməsi.

3.Təmir-tikinti və quraşdırma işlərinin aparılması üçün alınan avadanlıq, mal-materiallara anbarda baxış keçirilməsi və struktur bölmə tərəfindən hazırlanan tələbnamələrin yoxlanılması.

4.Hazırlanan layihələrə rəy bildirilməsində, elektrik qurğuları və şəbəkələrinin sınaqdan keçirilməsində, istismara qəbul olunmasında və elektrik təchizatı sisteminin yenidənqurulmasında iştirak edilməsi.

5.Təmir-tikinti və quraşdırma işlərinin qüvvədə olan norma və qaydalara uyğun icrasına nəzarət edilməsi.

  • Dövləttexnikinəzarət və Enerjinəzarət təşkilatları ilə işin təşkil edilməsi (tələblərin yerinə yetirilməsi, təkliflərin müzakirə olunması və s.).

1.Dövləttexnikinəzarət və Enerjinəzarət təşkilatlarından daxil olan məktuba əsasən təyin edilən vaxtda, həmin təşkilatların müfəttişləri ilə birgə idarənin elektrik təsərrüfatının yoxlanılmasında iştirak edilməsi.

2.Dövləttexnikinəzarət və Enerjinəzarət təşkilatlarının yoxlaması zamanı aşkar edilən qüsurlar barədə aktın tərtib olunmasında iştirak edilməsi.

3.Dövləttexnikinəzarət və Enerjinəzarət təşkilatlarının yoxlaması zamanı aşkar edilən qüsurlara dair siyahının hazırlanması, qüsurların aradan qaldırılması və mütəmadi olaraq daxili yoxlamaların həyata keçirilməsi.

4.Dövləttexnikinəzarət və Enerjinəzarət təşkilatlarına struktur bölmələrdə nöqsanların aradan qaldırılması üçün görülən işlərə dair məktubun hazırlanması və göndərilməsi.

  • Qəzaların qeydiyyatının aparılması və onların başvermə səbəblərinin araşdırılması.

1.Qəza barədə daxil olan məlumatın araşdırılması və rəhbərliyin bu barədə məlumatlandırılması.

2.Qəzanın qeydiyyatının aparılması (yer, tarix, zaman), onun başvermə səbəblərinin araşdırılması və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi.

3.Qəzanın tədqiq edilməsi və başvermə səbəblərinin araşdırılması üçün məktubun hazırlanması və kənar təşkilata (ekspertiza aparan təşkilat) göndərilməsi.

4.Kənar təşkilat tərəfindən qəzanın ekspertizasına dair göndərilən məktuba baxılması və önləyici tədbirlərin görülməsi.

  • Avadanlıq və qurğuların istismarı zamanı qəzaların və bədbəxt hadisələrin qarşısının alınmasına dair tədbirlərin görülməsi.

1.Avadanlıq və qurğuların istismarı zamanı hər hansı bir nasazlığın və ya qəzaya səbəb ola biləcək halların mövcudluğuna dair struktur bölmədən daxil olan məlumatın yerində araşdırılması, qüsurlu hissəyə vizual baxış keçirilməsi və qüsur aktının tərtib olunması.

2.Qüsurlu hissənin bərpası və ya təmiri idarə tərəfindən mümkün olduqda onun aradan qaldırılması üçün təqdimatın hazırlanması və işlərin icra edilməsi.

3.Qüsurlu hissənin bərpası və ya təmiri idarə tərəfindən mümkün olmadıqda onun aradan qaldırılması üçün məktubun hazırlanması və aidiyyəti üzrə göndərilməsi.

  • İdarənin energetika təsərrüfatı, rabitə və mühafizə qurğuları sahələrinin işçilərinin təlimatlandırılması və onların bilik səviyyələrinin yoxlanılmasınıntəşkil edilməsi.

 1.Energetika təsərrüfatı, rabitə və mühafizə qurğuları sahələrinin işçilərinin mütəmadi olaraq təlimatlandırılması (qurğu və avadanlıqların texniki istismarına, təhlükəsiz xidmətinə və təmir qaydalarına dair), onların bilik səviyyələrinin yoxlanılması məqsədilə ilin əvvəlindən imtahan qrafikinin tərtib olunması və qrafikə uyğun imtahanların təşkil edilməsi.

2.Energetika təsərrüfatı, rabitə və mühafizə qurğuları sahələrinin işçilərinin bilik səviyyələrinin yoxlanılması məqsədilə keçirilən imtahanlar barədə jurnalda müvafiq qeydlərin aparılması, imtahanda iştirak edən işçilərin imza etmələrinin təmin edilməsi və onların vəsiqələrində imtahan nəticələrinə dair müvafiq qeydlərin aparılması.

  • İdarə üzrə elektrik və istilik enerjisi ilə bağlı hesabatların (aylıq, rüblük, illik) hazırlanması və təqdim edilməsi.

1.Sərf olunmuş elektrik və istilik enerjisi ilə bağlı struktur bölmələrdən məlumatların istənilməsi, daxil olan məlumatların yoxlanılması, hesablamaların aparılması, idarə üzrə elektrik və istilik enerjisinə dair hesabatın hazırlanması və aidiyyəti üzrə təhvil verilməsi.

2.İdarə üzrə sərf olunmuş elektrik və istilik enerjisinə dair kənar təşkilatdan (enerji təchizatını həyata keçirən müəssisə) gələn hesab-ödəniş vərəqinin yoxlanılması, sərfiyyatın tutuşdurulması və ödəniş üçün aidiyyəti üzrə təhvil verilməsi.

  • İdarənin energetika təsərrüfatı, rabitə və mühafizə qurğuları sahələri üçün lazım olan mal-materialların, avadanlıq və ehtiyyat hissələrin sifarişinin hazırlanması.

1.Hər ilin sonunda struktur bölmələrdən energetika təsərrüfatına, rabitə və mühafizə qurğularına dair lazım olan mal-materialların, avadanlıq və ehtiyat hissələrin siyahılarının istənilməsi, daxil olan siyahıların yoxlanılması, idarə üzrə ümumi sifariş siyahısının hazırlanması və SOCAR Baş ofisə göndərilməsi.

2.SOCAR Baş ofis tərəfindən alınmasına icazə verilən mal-materialların, avadanlıq və ehtiyat hissələrin yekun siyahısının hazırlanması və alınması üçün aidiyyəti üzrə göndərilməsi.

3.Alınan mal-materiallar, avadanlıq və ehtiyat hissələri anbara mədaxil olduqdan sonra siyahı üzrə onların bölgüsünün aparılması və təyinatları üzrə istifadə olunmalarına nəzarət edilməsi.

4.Energetika təsərrüfatı, rabitə və mühafizə qurğuları sahələri üçün lazım olan mal-materialların, avadanlıq və ehtiyat hissələrin sifarişinin və alınması işlərinin SAP ERP sisteminin PM moduluna işlənilməsi.

  • Digər fəaliyyətlər

1.Elektrik təchizatı üzrə obyektlərin layihə-smeta sənədlərinin ekspertizasının aparılmasında iştirak edilməsi.

2.Elektrik təchizatı üzrə əsaslı kapital qoyuluşuna və əsaslı təmir proqramına daxil edilən obyektlərin hazırlanmasında iştirak edilməsi.

3.Elektrik təchizatı üzrə sınaq-sazlama işlərinin yerinə yetirilməsində iştirak edilməsi.

4.Dielektrik vasitələrin qrafikə uyğun yoxlanılmasının təşkilində iştirak  edilməsi (dielektrik xalça, əlcək, ildırımötürücü qurğular və torpaqlama tərtibatları).

5.İdarə üzrə istifadə olunan məişət avadanlıqlarının təmirinin təşkilində iştirak edilməsi (müxtəlif növ kondissioner, qazanxana və kombi sistemləri).

6.İdarə üzrə illik elektrik və istilik enerjisinin təlabat proqnozunun hazırlanması və BPC proqramına daxil edilməsi.

7.Elektrik avadanlıqlarının silinməsinin və silinmədən alınan qiymətli metalların təhvil verilməsinin təmin edilməsi.

8.Əsaslı təmir və tikinti-quraşdırma işlərindən sonra obyektlərin istismara verilməsində iştirak edilməsi.

9.Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar yaradılmış komissiyanın işinin təşkilində iştirak edilməsi.

10.Əməyin təhlükəsizliyinə dair yaradılmış daimi fəaliyyət göstərən komissiyanın işinin təşkilində iştirak edilməsi.

11.Əsas vəsaitlərin (fondların) ləğv edilməsi üçün yaradılmış daimi fəaliyyət göstərən Mərkəzi ləğvetmə komissiyasının işinin təşkilində iştirak edilməsi.

12.İnventarizasiya komissiyasının işinin təşkilində iştirak edilməsi.

13.Yanğınsöndürmə vasitələrinin yoxlanılmasında iştirak edilməsi və onların uçotunun aparılması. 

14.Elektron sənəd dövriyyəsi sistemində (ESD) müvafiq sənədlərin nəzarətdə saxlanılması və icrasının təmin edilməsi.

15.Qərar, əmr, məktub, telefonoqram, arayış, xidməti yazı və layihələrin hazırlanmasında iştirak edilməsi.

Xüsusi tələblər

  • Ali bakalavr 4 İl 4 il müvafiq sahə üzrə mütəxəssis vəzifələrində iş stajı
  • Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu
  • Dərketmə
  • Detallara diqqət
  • Dürüstlük
  • Etik davranış
  • Məsuliyyət
  • Mühakimə
  • Nizam-intizam
  • Peşəkarlıq
  • Problem analiz etmə
  • Şifahi özünüifadə
  • Təqdimetmə
  • İşi təqib etmə
  • Yaradıcılıq
  • Yazılı özünüifadə
  • Microsoft Excel
  • Microsoft Word
  • Microsoft Outlook
  • Elektrik avadanlıq-qurğuların istismarı
  • Elektrik avadanlıq-qurğularına baxış
  • Elektrik avadanlıq-qurğulara qulluq
  • Elektrik avadanlıq-qurğularının təmiri
  • Elektrik avadanlıq-qurğuların sökülməsi
  • Enerji təminatı
  • SAP PM
  • OpenText
  • Əməyin təhlükəsizliyi
  • Sanitariya-gigiyena
  • Elektrik avadanlıq-qurğ. quraşdırılması
  • Fəaliyyəti tənz. daxili normativ sənəd.
  • Neft sən. əm. müh. vah. idarəet. sistemi
  • Səriştəlik və digər tələblər
  • Yanğın mühafizəsinin əsasları
  • İstilik energetik qurğularının quraşdır.
  • İstilik energetik qurğularının istismarı
  • İstilik energetik qurğularına qulluq
  • İstilik energetik qurğularının sökülməsi
  • İstilik energetik qurğularına baxış
  • İstilik energetik qurğularının təmiri
  • Avadanlığın, bina və qurğuların təmirinin təşkili üzrə normativlərı, metodik və digər materialları;
  • İdarənin profilini, ixtisaslaşmasını və onun təşkilati-texnoloji xüsusiyyətlərini, idarənin inkişaf perspektivlərini;
  • İdarənin təmir xidmətinin təşkilini;
  • Avadanlığın işinin və təmir işlərinin planlaşdırılması qayda və metodlarını;
  • İdarənin enerji xidmətinin təşkilini;
  • Elektrik təchizatı sxemini;
  • Elektrik avadanlıqlarının iş rejimlərini;
  • Elektrik qurğularının texniki istismar qaydalarını;
  • Texnoloji avadanlığın plan-ehtiyat təmiri və səmərəli istismar sistemini;
  • İdarənin avadanlığının istehsal güclərini, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini, onun istismar qaydasını;
  • Avadanlığin montaj və təmir üsullarını, təmir işlərinin təşkili və texnologiyasını;
  • Defekt cədvəlinin, pasportların ehtiyat hissələri cizgilərinin albomlarının, avadanlığın istismarı üzrə təlimatların, idarəyə verilən beynəlxalq sertifikatların tələblərini;
  • Təmirdən sonra avadanlığın təhvil-təslim qaydasını;
  • Avadanlığın istismarı, təmiri zamanı əməyin səmərəli təşkilinin tələblərini;
  • İdarənin təmir xidməti üzrə qabaqcıl yerli və xarici təcrübəni;
  • İqtisadiyyatın, istehsalın, əməyin və idarəetmənin əsaslarını;
  • Ətraf mühitin qorunması, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.

Telegram kanalımız