Neft və qazçıxarma üzrə usta

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əmək məhsuldarlığının yüksəldilməsi, neft və qazçıxarma üzrə plan tapşırıqlarının yerinə yetirilməsinin təmin etmək;
  • İstehsal planları və qrafiklərinə müvafiq olaraq istehsal tapşırıqlarının briqadalara və ayrı-ayrı fəhlələrə çatdırmaq;
  • Quyunun texnoloji rejiminə nəzarət edilməsi üçün nəzarət ölçü cihazlarına baxış keçirmək;
  • Quyunun iş rejiminin təyin olunması və bu rejimdə işləməsinə nəzarət etmək;
  • Quyunun hasilatını ölçmək;
  • Quyunun hermetikliyə yoxlanılması üzrə tapşırıqların verilməsi və icrasına nəzarət edilməsi;
  • • Quyularda bufer təzyiqinin enməsi və yüksəlməsinə nəzarət etmək;
  • Quyularda həlqəvi fəza təzyiqinin enməsi və yüksəlməsinə nəzarət etmək;
  • Quyularda boru arxası təzyiqinin enməsi və yüksəlməsinə nəzarət etmək;
  •  Quyularda kəmər arxası təzyiqinin enməsi və yüksəlməsinə nəzarət etmək;
  • Quyu nizamlayıcılarının yoxlanılması, ehtiyac olduqda dəyişidirilməsinə nəzarət etmək;
  •  Sıradan çıxmış atqı borularının dəyişdirilməsinə nəzarət etmək;
  •  Quyularda qaldırıcı boruların və süzgəc zonasının mexaniki qarışıqlardan təmizlənməsini təmin və nəzarət etmək;
  • Quyuların atqı borularında siyirtmələrin sazlığının yoxlanılması, nasaz olduqda dəyişdirilməsinə nəzarət etmək;
  •  Neft və qazın nümunələrinin analiz üçün labaratoriyaya göndərilməsini təmin etmək;
  • Qaz xəttlərinin təmizlənməsinə nəzarət etmək;
  • İstehsal fəaliyyətinin nəticələrini təhlil etmək;
  • Elektrik enerjisi, yanacaq, material və alətlərdən qənaətlə istifadə edilməsinə nəzarəti təmin etmək;
  •  Tələb olunan texnika, materiallar, alətlər üçün sifarişləri vaxtında tərtib etmək;
  • İş yerlərində materialların, ehtiyat hissələrinin, detalların, alətlərin, tərtibatların səmərəli yerləşdirilməsinin və saxlanılmasının təmin etmək;
  • Fəhlələrin avadanlıq və alətlərdən düzgün istifadə etməsini təmin etmək;
  • Quyuların texnoloji iş rejimlərində olan kənarlaşmaların səbəblərini operativ şəkildə aşkar edilməsi və onların aradan qaldırmaq;
  • Quyu fondunun boşdayanmasının azaldılması üzrə tədbirlər görmək;
  • Neft və qazçıxarma üzrə plan tapşırıqlarının yerinə yetirilməsini təmin etmək;
  • Neft və qaz hasilatı ilə bağlı istehsal tapşırıqlarını təyin etmək;
  •  Neft yığım məntəqələrində neftin ilkin təmizlənməsinə nəzarət etmək;
  •  Neft və qazçıxarma sahəsi üzrə quyuların təminə verilməsi və təmirdən qəbuluna nəzarət etmək;
  • Quyuları təmirə verən zaman onlarda hazırlıq işləri görmək;
  • Qaz paylayıcı məntəqədən quyuya verilən qazın kəsilməsini təmin etmək;
  • Quyunun su və ya maye ilə fəaliyyətinin dayandırılmasını təmin etmək;
  • Atqı qollarının açılmasına nəzarət etmək;
  • Quyuların təmirdən qəbul edilməsinə nəzarəti həyata keçmək ;
  • Quyu ağzının yığılmasına nəzarət edilməsi və hasilatın normaya uyğunluğu yoxlamaq;
  • Quyuların təmir ilə bağlı qəbul və təhvil aktlarının rəsmiləşdirmək;
  • Neft-qaz mədən avadanlıqların işləkliyinin təmin etmək;
  • Quyunun nasoslarının işləkliyinin təmin etmək;
  • Yerüstü avadanlıqlara vizual baxışın keçirilməsinin təmin etmək;
  • Quyularında nizamlayıcıların dəyişdirilməsinə nəzarət etmək;
  • Quyulara və başqa istehsalat obyektlərinə və kommunikasiyalara xidmətin təşkil etmək;
  • Neft yığım məntəqələrində olan ilkin təmizləmə qurğularının sazılğının təmin etmək;
  • Mürəkkəb və təhlükəli işlərin yerinə yetirilməsində iştirak etmək;
  • Yeni texnoloji proseslərin yaradılmasında və fəaliyyətdə olanların təkmilləşdirilməsində iştirak etmək;
  • İşlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənib hazırlanmasında və yenidən baxılmasında iştirak etmək;
  • Fəhlələrin biliklərinin yoxlanılmasında iştirak etmək;
  • Baş vermiş bədbəxt hadisələrin araşdırılmasında və onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
  •  İstehsal ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində, əlverişli əmək şəraitinin yaradılması, istehsalat fəaliyyətinin yüksəldilməsi, iş vaxtından səmərəli istifadə olunması tədbirlərinin işlənməsində iştirak etmək;
  • Neft və qaz hasilatı üzrə briqadaların fəaliyyətinin idarə etmək;
  • Briqadaların formalaşdırılmasını həyata keçirmək;
  • Fəhlələrə istehsalat təliminin keçirilməsi;
  •  Say normativlərinə, qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcə verilməsi haqqında təklifləri vermək;
  • iş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin etmək;
  •  İş vaxtından səmərəli istifadə edilməsini təmin etmək;
  • Fəhlələrin müntəzəm və səmərəli işini təmin etmək;
  • Briqada üçün təyin edilmiş əmək haqqı fondunun istifadəsinə nəzarət etmək;
  •  Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiq edilməsini təşkil etmək;
  • Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə və peşələrin qarşılıqlı əvəzedilməsinə öyrədilməsi, təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil etmək;
  •  Təhlükəli əmək şəraitli işlərin əvvəlcədən işlənib hazırlanmış plan, əməyin təşkili layihəsi və ya tapşırıq-icazə vərəqəsi əsasında aparılmasına rəhbərlik etmək;
  • İşçilərin əmək və istehsalat intizamına, işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara, texnoloji rejim və reqlamentlərə əməl etmələrini, təhlükəsiz iş üsullarının tətbiqini təmin etmək;
  • Günlük təlimatlandırmadan sonra işçilərin işdən öncə təlimatlandırma vərəqinin imzalanmasının təmin etmək;
  •  İşçilərin həyat və sağlamlığına təhlükə yarada biləcək işlərin ləğvi üzrə tədbirlər görmək;
  • Əmək şəraitinin vəziyyətinə nəzarət etmək, mütəmadi olaraq iş yerlərinin vəziyyətini, ventilyasiya sistemi və qurğularının fasiləsiz işləməsinə, iş yerlərinin normal işıqlandırılmasına, çəpərləmə və mühafizə qurğularının, kollektiv və fərdi xilasedici vasitələrin, avtomatik nəzarət və siqnalizasiya qurğularının mövcudluğuna nəzarət etmək;
  • İşçilərin fərdi mühafizə vasitələrindən düzgün istifadə etmələrinə və tətbiqinə nəzarət etmək;
  • Fəhlələrə təhlükəli əmək şəraitli işlərin yerinə yetirilməsi tapşırığı verərkən, bu haqda jurnalda və tapşırıq-icazə vərəqəsində müvafiq qeydlər aparmaqla onlara xüsusi təlimat keçirmək;
  •  Yeni işə qəbul edilmiş fəhlələrin şifahi sorğu əsasında təhlükəsiz iş üsulları və təlimatlarının mənimsəmələrini yoxlamaq;
  • Fəhlələrin biliklərinin yoxlanılması qrafiklərini tərtib etmək;
  • Baş vermiş bədbəxt hadisə barəsində özülün rəhbərliyinə, idarə rəhbərlərindən birinə və Həmkarlar İttifaqı Komitəsinə məlumat vermək;
  • Baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış şəxsə ilkin yardımın göstərilməsini təşkil etmək və onu tibb müəssisəsinə göndərmək;
  • Baş vermiş bədbəxt hadisə zamanı iş şəraitinin və avadanlığın hadisə baş vermə vəziyyətinin saxlanılması (əgər bu ətrafda çalışan işçilərin həyat və sağlamlığına təhlükə yaratmırsa və qəzaların baş vermə ehtimalı yoxdursa) üzrə tədbirlər görmək;
  • Yoxlamaların avadanlıq və mexanizmlərə baxışların nəticələrini, aşkar edilmiş nöqsan və çatışmamazlıqları, əmr və sərəncamların məzmununu, bədbəxt hadisələrin baş vermə səbəbləri və şəraitini fəhlələrin nəzərinə çatdırmaq və müzakirəsini təşkil etmək;
  • Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə və peşələrin qarşılıqlı əvəzedilməsinə öyrədilməsi, təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil etmək;
  • Ətraf mühitin mühafizəsi ilə bağlı işlərin təşkil etmək.

Xüsusi tələblər

  • Orta-ixtisas təhsili / Müvafiq sahə üzrə 5 İl / Müvafiq sahə üzrə Ali bakalavr / Müvafiq sahə üzrə 2 İl / Müvafiq sahə üzrə
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Məsuliyyət
  • Şifahi özünüifadə
  • Mühəndis-geoloji işləri;
  • Geoloji tədqiqat işləri;
  • Quyuların texnoloji rejimlərin saxlanılmasını;
  • Quyu iş rejiminin saxlanılmasını;
  • Quyunun təmirə hazırlanmasını;
  • Lay sularının təmizlənməsini və utilizasiyasını;
  • Neftin və qazın təhvilini;
  • Neftin yığılmasını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Telegram kanalımız