Neft və qaz hasilatı üzrə operator

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Quyu ağzı nəzarət ölçü cihazların təzyiq göstəriciləri barədə qeydlərin aparmaq;
  • Quyu ağzı avadanlıqların müvafiq hissəsində (ştok) qaralma və ya qızmanı yoxlamaq;
  • Kompressor ilə işləyən quyularda monometrlərə baxmaqla quyu ağzında təzyiqi yoxlamaq;
  • EDN quyularında monometrlərə baxmaqla quyu ağzında təzyiqi yoxlamaq;
  • Quyularda rejimlərə nəzarət etmək;
  • Quyuların texniki və geoloji rejimlərinin dəyişdirilməsində rəhbərlik etmək;
  • Neft-mədən avadanlığının işində nəzərə çarpan nasazlıqlar barədə məlumatları vermək;
  • Kommunikasiya xətlərinin hermetikliyini yoxlamaq;
  • Quyularda nasos-kompressor borularının parafindən mexaniki və kimyəvi üsullarla təmizlənməsini təmin etmək;
  • Yüksək təzyiqli buxarla quyuların yerüstü və yeraltı avadanlığımın tənzimlənməsini həyata keçirmək;
  • Asqı kəndiri (kanatının) dəyişdirilməsində təzə asqı kanatının balansir başlığına qaldırımasına kömək etmək;
  • Reduktorun boltlarının dəyişdirilməsi zamanı qaykanın sıxılması üçün boltun bərk tutulmasını təmin etmək;
  • Ötürücü qayışların dəyişdirilməsi zamanı elektrik mühərrikin boltlarının açılmasında və bağlanmasında boltun tutulmasını təmin etmək;
  • Reduktorun yağının dəyişilməsində iştirak etmək;
  • Travesin və ya balansir yastığının diyircəyinin sıradan çıxması zamanı məlumatlandırmaq
  • Elektrik şitindən mürəkkəb olmayan işlərdə nasazlıqların aradan qaldırmaq;
  • Telemexanika qurğularında mürəkkəb olmayan nasazlıqların aradan qaldırmaq.

Xüsusi tələblər

  • Orta-ixtisas təhsili Müvafiq sahə üzrə
  • Dürüstlük
  • Etik davranış
  • Keyfiyyət yönümlülük
  • Məsuliyyət
  • Nizam-intizam
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Neft və qazçıxarma texnologiyasını;
  • Quyu iş rejiminin saxlanılmasını;
  • Quyuların texnoloji rejimlərin saxlanılmasını;
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını.

Telegram kanalımız