Verilən sifarişlərə uyğun yükləri göstərilən ünvana vaxtında, təyinatına zərər yetirilmədən çatdırır.
İdarə etdiyi avtomaşının sazlığını, müəyyən edilmiş qaydada və müddətdə texniki baxışdan keçirilməsinə nəzarət edir.
Verilən sifarişlərə əsasən mallar qaimələrə əsasən avtomaşına yüklənərkən sürücü malların səliqəli, zədələnmədən, yararsız hala düşmədən sayına, görkəminə diqqət yetirir, həmin malları vaxtında göstərilmiş ünvana çatdırır.
Rəhbərliyin tapşırıqlarını icra edir.
Xüsusi tələblər
xidmət edilən avtomobillərin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini,
avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını;
texniki xidmətin aparılması qaydası və avtomobillərin qarajda, açıq dayanacaqlarda mühafizəsi qaydalarını; akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını;
avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını (imkanlarını), avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin doldurulması qaydasını.