Mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbəri (Hacıqabul)

Hacıqabul

Maliyyə Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbəyə rəhbərlik edilməsi;
  • şöbənin əsasnaməsində nəzərdə tutulmuş qaydada dövlət maliyyəsinin idarə olunmasında iştirak edilməsi;
  • Rayonun illik gəlir və xərclərinin layihələrinin hazırlanmasının təşkil edilməsi və təmin edilməsi;
  • Şöbənin işçiləri arasında iş bölgüsünün aparılması və icrasına nəzarət edilməsi;
  • Şöbənin əsasnaməsi ilə müəyyən olunmuş vəzifə və funksiyaların icrasının təşkili və cavabdehlik daşınması;
  • Şöbəyə icra və baxılmaq üçün daxil olmuş sənədlərin və vətəndaş müraciətlərinin qanunvericiliklə müəyyən olunmuş vaxtda baxılıb tədbir görülməsinə məsuliyyət daşınması;
  • Vəzifəsi üzrə Nazirliyin rəhbərliyi tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office proqramları, ofis texnikası, internet (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Xüsusi tələblər iqtisadiyyat (maliyyə) sahəsində peşəkar iş təcrübəsi, idarəedici vəzifələrdə iş stajı olan şəxslərə üstünlük verilir.

Telegram kanalımız