Kredit İnzibatçılığı üzrə Kiçik Mütəxəssis

Bakı

PAŞA Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kreditlə bağlı bütün əməliyyatların effektiv, şəffaf və düzgün icrasında daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi;
  • Şikayətlərin idarəedilməsi, baş vermiş problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması;
  • Siyahı üzrə bütün zəruri sənədlərin Müştəri Menecerindən əldə edilməsi;
  • Müqavilələrin tərtib edilməsi və ABS-də kredit şərtlərinin yığılması;
  • Girovların ABS-də qeydiyyatının aparılması;
  • Notariat və qeydiyyat işlərinin (daşınan və daşınmayan girovların) icra edilməsi;
  • Müvafiq məlumatların audit və hüquq departamentlərinə ötürülməsi;
  • Gündəlik kreditlər üzrə əməliyyatların aparılması və maliyyə arayışlarının hazırlanması;
  • Şərtlər və girovlar da daxil olmaqla kredit fayllarının hazırlanması;
  • Həm elektron, həm də kağız daşıyıcıda olan məlumatların dəqiqliyinin yoxlanılması;
  • Müştəri şərtlərinin və müntəzəm kredit ödənişlərinin monitorinq edilməsi;
  • Əməliyyatlarla bağlı sənədlərin saxlanılması və lazımi məlumatın elektron məlumat bazasına daxil edilməsi;
  • Bankın kredit əməliyyatlarının effektiv icrasına dəstək;
  • İşlərin müvafiq daxili və xarici qayda və proseslərə uyğun olaraq icra edilməsi;
  • Hər hansı kreditlə əlaqəli istənilən növ sualların cavablandırılması;
  • Müvafiq kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə əlaqələrin qurulması və bütün bunların yoxlanılması və notarial qaydada rəsmiləşdirilməsi;
  • Bankın “Təşkilati Risklərin İdarəedilməsi”nə dair siyasətinə əməl edilməsi və iş prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirilib aradan qaldırılması;
  • Rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

Xüsusi tələblər

  • Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə Bakalavr təhsili
  • İş təcrübəsi: 0-1 il  
  • Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə), Rus dili (orta), İngilis dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office  
  • Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
  • İnnovativ düşünmə, hesabat hazırlama, güclü ünsiyyət və münaqişələrin həlli bacarığı

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız