Baş verən əməliyyatların 1C mühasibat proqramında əks olunması;
Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatlar aparılması;
Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
Vergi hesabatlarının (Mənfəət,ÖMV,ƏDV,Əmlak,DSMF və s.) təqdim edilməsi;
Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması;
İnternet bankinq vasitəsilə bank, kredit, ödəniş tapşırıqları, maliyyə sənədləri və əmək haqqı kartlarının müraciət edilməsi
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.
Dövlət qurumlarına hesabatların təqdim edilməsi və yazışmalar;
E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;
Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
Digər məlumatlar: Ünvan: Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065
Xüsusi tələblər
Təhsili/ixtisası: Müvafiq istiqamət üzrə Ali təhsil
İş təcrübəsi: Baş mühasib kimi ən azı 5 il (şərtdir)
Xüsusi tələblər: Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə mükəmməl biliklər, Əmək məcəlləsi və mülki məcəllə üzrə ümumi biliklər, Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
Vergi hesabatlarının (Mənfəət,ÖMV,ƏDV,Əmlak,DSMF və s.) sərbəst təqdim edilməsi;
Kompüter bilikləri: MS Excel, BTP və 1C mühasibatlıq proqramından yüksək səviyyədə istifadə bacarıqları;