Matros - Dəniz xidmətləri departamenti

Bakı

Port of Baku
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Gəmi cədvəlinə müvafiq kapitan körpüsündə hərəkət növbəsi və trapın yanında dayanma növbəsi çəkmək;
  • Gəmi işlərində, gövdə hissəsinə texniki xidmət işlərində yardım etmək;
  • Yük vasitələri və alətlərinin hazırlanması və toplanmasında iştirak etmək;
  • Yanalma əməliyyatı zamanı sahil matrosları və fəhlələri ilə birlikdə işi təşkil etmək;
  • Yanalma quruluşuna aid olan avadanlıqları təhlükəsiz şəkildə və işlək vəziyyətdə
  • Saxlamaq;
  • Yük əməliyyatlarına başlamazdan əvvəl mexaniki və hidravlik ötürücülü yük örtüklərinin əməlli bağlanılmasına, boruların sazlığına, axıb yığılan çirkab suların quyucuqlarının qəbul setkalarının təmizliyinə və onların qapaqlarının yaxşı bağlı olmasına əmin olmaq;
  • Gəmidə yükvurma-yükboşaltma işləri zamanı yük yerlərinin sayının hesabını aparmaq;
  • Müvafiq şəxsin (şəxslərin) göstərişi ilə yük əməliyyatı vaxtı yükün yerləşdirilməsinə nəzarət etmək;
  • Daşınma zamanı yüklərin təhlükəsiz bağlanmasını təmin etmək;
  • Yükləmə və boşaltma əməliyyatları zamanı baş verən gecikmələr barədə kapitanı məlumatlandırmaq;
  • Mövcud əl alətlərini və mexaniki alətləri işin tələblərinə uyğun olaraq seçmək;
  • Qəza-xilasetmə və yanğınla mübarizə sistemlərini və onların avadanlıqlarının texniki istismarını və xilasedici vasitələrin istifadəyə hazır olmasını təmin etmək;
  • Kiçik üzən vasitələrə texniki xidmət göstərmək və onları təmir etmək;
  • Alətləri təhlükəsiz yerdə saxlamaq;
  • Fövqəladə hallar zamanı xilasedici qayıqları endirmək və şəxsi heyətlə təchiz etmək
  • İş ərazisini təmizləmək:
  • Gəmidə daxili davranış qaydalarına, əməyin təhlükəsizliyinə və gigiyenasına, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına, gəmi sanitariyası və ətraf mühitin qorunması tələblərinə əməl etmək;
  • Müvafiq prosedur və qaydalara uyğun olaraq istehsalat sanitariyası və ətraf mühitin çirklənmədən qorunması işlərində iştirak etmək.

Xüsusi tələblər

  • Orta ixtisas təhsili;
  • Matrosun iş sertifikatı (diplom);
  • Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat sertifikatı;
  • Sürətli olmayan xilasedici qayıq, növbətçi qayıq və sallar üzrə mütəxəssis sertifikatı;
  • Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.
  • Gəmilərin növləri və konstruksiyaları;
  • Siqnal işarələri;
  • Göyərtə texniki prosedurları və əllə və mexaniki surətdə idarə edilən bot və motobotlar;
  • Gəmi göyərtə mexanizmləri və onların texniki istismarı;
  • Gəmi sürücülüyünün əsasları;
  • Dəniz donanması gəmilərində xidmət nizamnaməsi və gəmi xidmətləri;
  • İnformasiya-kommunikasiya texnologiyaları;
  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi)
  • qaydaları;
  • Dəniz nəqliyyatında yükdaşımanın təşkili prinsipləri;
  • Dənizçilik terminologiyası;
  • Fərdi və kollektiv mühafizə (xilasetmə) vasitələri və onların tətbiqi;
  • Materialların saxlanması və tullantıların ekoloji cəhətdən təmiz idarə olunması metodları;
  • Xilasetmə işləri ilə əlaqədar prosedurlar;
  • Təhlükəsizlik avadanlıqlarının konstruksiyası və vəzifələri;
  • Əl və mexaniki alət və dəzgahların növləri, xüsusiyyətləri, düzgün istifadəsi və saxlanması qaydaları;
  • İş yeri və avadanlıqların təhlükəsizliyi ilə əlaqədar tələblər;
  • Dəqiq cədvəllərə əsasən məsuliyyətli və etibarlı iş;
  • Şifahi və yazılı təlimatları başa düşmək və onlara riayət etmək;
  • İş saatlarında çeviklik;

Telegram kanalımız