Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin qorunması üzrə mühəndisi, əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirməli;
İş yerlərində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin qorunması üzrə mühəndis nəzarət etməli;
İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməli;
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanmasında iştirak etməli;
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməli;
Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanmasında iştirak etməli;
Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməli;
İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə oratya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməli;
Qulluqçuların və mühəndis texniki işçilərin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin qorunması departamentinin işçiləri təlimatı üzrə biliklərin yoxlanmasında və ettestasiya komissiyasının işində iştirak etməli;
Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməli;
İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməli;
İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməli;
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin qorunması üzrə mühəndis mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalı;
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin qorunması üzrə mühəndis nəzarət etməli: Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmaına; əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə; səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına; aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə; qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə; iş yerlərin təlimatların vaxtında və leyfiyyətli aparılmasına; işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə təşkilinə, biliklərinin yoxlanmasına və attestasiyadan keçirilməsinə; istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına; işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə; xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə.
Xüsusi tələblər
SƏTƏM qaydalarının tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətçilik və insanlarla rahat münasibət qurma bacarığının olması;
İxtisas üzrə diplom və ya sertifikatların olması;
Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
Komandada işləmək və təşkilatçılıq bacarığının olması