İnşaat mühəndisi

Bakı

Qartal Tikinti Firması
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İş yeri: Əsas iş yeri Socarın Neft və qaz platformalarında olacaq. Dənizə getməyi vaxtlarda Qartal Tikinti Firmasının Sumqayıt şəh., 48 məh., Koroğlu Prosp.278. yerləşən baş ofisində işləyəcək. Lazım gəldikdə başqa tikinti sahələrinə göndəriləcək.  
  • Əmək haqqı: 1300-1500 AZN - Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
  • Bazar günü işlədiyi günlərin əmək haqqısı ödəniləcək.
  • Dənizdə,rayonda olduqda səhər, nahar və axşam yeməyi, telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
  • Ofisdə günorta yeməyi firmanın vəsaiti hesabına təmin edilir;
  • Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
  • İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir. Bazar günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir.

Xüsusi tələblər

  • Minimum 3 il uyğun vəzifələrdə iş təcrübəsi olmalı;
  • İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
  • Tenderlərin qiymətləndirilməsi, təhvil aktlarını tərtib etməyi və layihəyə nəzarət bacarığına malik olmalı;
  • Tikini obyektlərində işləri təşkil etmə bacarığına malik olmalıdır ;
  • Kompüter biliklərinə (word, excel, outlook və s.) malik olmalıdır;
  • Layihələndirmə işləri üçün proqramları bilməsi arzuolunandır; (Autocad, Archicad, Tekla Structural )
  • Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
  • B kateqoriya sürücülük vəsiqəsinin olması arzuolunandır.
  • İş haqqında məlumat:
  • Socar Platformalarinda yerinə yetirilən işlərə nəzarət və  rəhbərlik edilməsi;
  • Sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
  • Tenderlərin qiymətləndirilməsi, yerinə yetirilmiş işlər üçün təhvil-təslim aktının sənədləşdirilməsinin layihə koordinatoru ilə birlikdə tərtib edilməsi, sifarişçinin imzalaması üçün hazırlanması;
  • Sifarişçiyə həftəlik raport göndərilməsi üçün müvafiq fotoşəkillərlə tərtib edilmiş raportları layihə koordinatoruna göndərməlidir;
  • İşlərin yüksək keyfiyyətlə, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi;


Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız