Zavod ərazisində istifadə olunan cavabdeh olduğu sahə üzrə mexaniki avadanlıqların texniki xidmət və təmir işlərini verilən proqram, təlimat və standartlara uyğun olaraq yerinə yetirilməsini təmin etməlidir.
SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
Müxtəlif növ nasosların təmirini həyata keçirmək;
Müxtəlif növ kompressorların, turbinlərin təmirini həyata keçirmək;
Müxtəlif növ yükqaldırma avadanlıqlarının təmirini həyata keçirmək;
Müxtəlif növ istilikdəyişdiricilərin təmirini həyata keçimək;
Müxtəlif növ tutumların, sobaların, reaktorların təmirini həyata keçirmək;
Müxtəlif növ armaturların təmirini həyata keçirmək;
Müxtəlif növ boru və boru birləşmələrinin təmirini həyata keçimək.
Xüsusi tələblər
Müvafiq sahə üzrə peşə və ya orta-ixtisas təhsili arzuolunandır;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Neft-qaz və digər ağır sənaye sahələrində iş təcrübəsi;
Baxım və təmir işlərinin yerinə yetirilməsi, qurğu və avadanlıqlara xidmət sahəsi üzrə iş təcrübəsi;
Təhlükəsizliklə bağlı qanunvericilik və qaydaları bilməli;
Fırlanan və statik avadanlıqlarla bağlı dünya standartları barədə məlumatlı olmaq arzuolunandır;
Avadanlıqların simvollarını oxuya bilməli;
Müxtəlif növ ölçü alətləri və açarlarla işləyə bilməli;
Layihənin istismara verilməsi (Commissioning) təcrübəsi arzuolunandır;
Layihənin istismara hazırlıq (Start-Up) təcrübəsi arzuolunandır.