NÖC və avtomatika üzrə çilingər

Bakı

SOCAR Downstream Management
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Zavod ərazisində istifadə olunan cavabdeh olduğu sahə üzrə NÖC və avtomatika üzrə avadanlıqların texniki xidmət və təmir işlərini verilən proqram, təlimat və standartlara uyğun olaraq yerinə yetirilməsini təmin etməlidir.
  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Sahədəki Nəzarət ölçü cihazlarında profilaktik və düzəldici təmirlərin aparılması təmin etmək;
  • Nəzarət ölçü cihazlarında texniki baxış işlərini müəyyənləşdirilmiş prosedur və spesifikasiyalara uyğun olaraq aparılmasını təmin etmək;
  • SAP sistemində təmir ilə əlaqəli məlumatların yenilənməsi və qeyd edilməsini təmin etmək;
  • Tələb olunan qaydada rutin təhlükəsizlik testlərininin və sahə avadanlıqlarında yoxlamaların aparılmasını təmin etmək;
  • Müxtəlif axın, səviyyə, təzyiq və temperatur ötürücülərini və bunlarla əlaqəli idarəetmə klapanlarının sınaq yoxlanışı, kalibrasiya edilməsi və çıxa biləcək problemlərin həll edilməsini həyata keçirmək;
  • Sahədəki işlərin "İşə icazə sənədi" sistemi altında aparılmasını təmin etmək (həmçinin sözügedən sistem haqqında kifayət qədər məlumatlı olmaq);
  • Sahədəki anbar inventarından tələb olunan ehtiyat hissələrinin müəyyənləşdirilməsi və əldə edilməsini təmin etmək;
  • Sazlama və işlətmə qrupuna texniki dəstək göstərmək.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə peşə və ya orta-ixtisas təhsili arzuolunandır;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Neft-qaz və digər ağır sənaye sahələrində iş təcrübəsi;
  • Baxım və təmir işlərinin yerinə yetirilməsi, qurğu və avadanlıqlara xidmət sahəsi üzrə iş təcrübəsi;
  • Təhlükəsizliklə bağlı qanunvericilik və qaydaları bilməli;
  • Layihənin istismara verilməsi (Commissioning) təcrübəsi arzuolunandır;
  • Layihənin istismara hazırlıq (Start-Up) təcrübəsi arzuolunandır;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız