“SOCAR Dovnstream Menecment” MMC-nin (SDM) idarəetməsinə verilmiş olan müəssisələrdə Kapital qoyuluşları istiqamətində sorğuların Təşəbbüsdən Yekun İnvestisiya qərarı verilənə qədərki mərhələlər üzrə əlaqələndirməni və zəruri digər işləri həyata keçirmək.
SDM-in tabeliyində olan İstehsal vahidlərindən Kapital qoyuluşu tələb edən təşəbbüslərin mərkəzləşmiş şəkildə toplanması işini təşkil etmək;
Təşəbbüs sahibləri ilə layihə detallarını dəqiqləşdirmək və həmçinin seçim qərarlarının verilməsi zamanı SDM İnvestisiya Komitəsi ilə təşəbbüs sahibi arasında kommunikasiyanı təmin etmək;
SDM İnvestisiya Komitəsi tərəfindən təsdiq edilmiş Layihəyələrin SOCAR Baş ofisi tərəfindən təyin edilən müxtəlif meyarlar əsasında detallı məlumat təminatı üçün SDM daxilindəki struktur vahidləri ilə kommunikasiyaları təşkil etmək;
Hər bir Layihəni SDM-in risk matrisi üzrə qiymətləndirmək, həmçinin xarakterinə görə təsnifləşdirmək, layihə smetasının formalaşmasını əlaqəli struktur vahidləri ilə birlikdə təşkil etmək;
Layihələrin iqtisadi modellərinin qurulmasında iştirak etmək və ya hazır iqtisadi modelləri revizə etmək;
Əldə edilmiş məlumatlar əsasında təqdimatları hazırlamaq, müşayiətedici sənədləri toplamaq, Baş ofisin İnvestisiya Funksiyasına təqdim etmək və Baş ofisdən gələn sorğuları aidiyyəti struktur vahidləri ilə əlaqəli şəkildə cavablandırmaq;
Layihələrin təşəbbüs mərhələsindən yekun investisiya qərarına qədərki bütün keçid mərhələlərində statusu təqib etmək və tələb ediləcək bütün zəruri məlumatları təmin etmək;
İcrası davam edən layihələr üzrə kapital xərclərinin illər üzrə plan-fakt nəticələrini təqib etmək və cari dövr üzrə ümumi layihə portfelinin yenidən bölgüsündə iştirak etmək;
Kapital qoyuluşları tələb edən layihələr üzrə hesabatların hazırlanmasını təmin etmək.
Xüsusi tələblər
Müvafiq sahə üzrə bakalavr təhsili (Maliyyə, Risk menecmenti, Layihə menecmenti, Neft emalı sənayesinin menecmenti və s.);
Müvafiq sahələr üzrə magistr təhsili üstünlükdür;
Müvafiq və ya əlaqəli sahə üzrə (Layihə menecmenti, Layihə-mühəndis menecmenti və s.) ən azı 5 il müvafiq iş təcrübəsi;
Maliyyə təhlili, data elmi və analitik proqramlardan istifadə imkanı əlavə üstünlükdür;
PMI-PMP, PMI-RMI sertifikatlarından hər hansı birinə sahib olma əlavə üstünlükdür;
İngilis və rus dili biliyi mükəmməl səviyyədə olmalı;
Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook);
Müəssisə strategiyası ilə təşəbbüs layihələri arasında uzlaşmanı təsbit etmək;
Layihələrin texniki-mühəndislik və ya maliyyə mümkünlüyünün araşdırılması sahəsində təcrübə üstünlükdür;
Layihə idarəetməsi sahəsində təcrübə əlavə üstünlükdür;
Müvafiq və əlaqəli sahələr üzrə qanunvericilik və digər hüquqi-normativ aktlarla işləyə bilməli;
Risk siyasəti, risk matrisi və risk yumşaltma tədbirləri üzrə təcrübə;
Layihələr üzrə peşəkar təqdimatların və hesabatların hazırlanması.