Xam-pambıqdan alınan hazır məhsullar (mahlıc, tiftik və çiyid) analiz götürür və laboratoriyaya təqdim edir;
İş proqramına uyğun olaraq analiz materialların yığılmasında və emalında iştirak edir;
Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir.
Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və tənzimləyir, eksperimentlərin aparılmasında iştirak edir;
Metodik materiallara uyğun olaraq, hər marka üzrə analiz, sınaq ölçmə nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və onların hesabını apararaq Baş Laboranta təhvil verir;
Laboratoriyada xüsusi geyimlərdən və fərdi qorunma vasitələrindən istifadə etməlidir.
Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və işlək saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır;
Emal zamanı nəmlik aparatı ilə hazır məhsulun kip halına gətirildikdən sonra nəmliyini ölçmək;
Emal prosesində temperaturun nizamlanması məqsədi ilə barabanın istiliyinə nəzarət etmək və lazımı məsləhətlər vermək;
Xam-pambıq emala gedən zaman hər marka üzrə pambığın zibillik dərəcəsini bilməlidir;
Rəhbərliyin təyin etdiyi digər işləri icra edir;
Xüsusi tələblər
Tələb olunan təhsil : Orta və ya Orta ixtisas;
İş təcrübəsi : Növbə Laborantı olaraq minimum 1 il iş təcrübəsi;
Rəhbər, normativ və sorğu materiallarını, analiz və başqa növ tədqiqatların aparılma metodlarını bilməlidir;
Texniki sənədlərin işlənib hazirlanması qaydasını, qüvvədə olan standartları, sənədlərin rəsmiləşdirilməsi qaydasını bilməlidir;
Laboratoriya avadanlığını, nəzarət ölçü cihazlarını, onların istismar qaydasını bilməlidir;
Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini bilməlidir;
Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarını bilməlidir;