Maliyyə hesabatlığı şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi

Bakı

Bank BTB
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların toplanmasını, emalını, icmallaşdırılmasını həyata keçirir və bu məlumatlar əsasında Bankın maliyyə təhlilini aparır. 
  • Bankın fəaliyyəti ilə bağlı cari, taktiki və strateji qərarların qəbul edilməsinə xidmət edən aylıq, rüblük və illik statistik hesabatların hazırlanmasında  iştirak edir. 
  • Bank üzrə statistik elektron məlumatlar bazasının yaradılmasını təmin edir və bu bazanın daima təkmilləşdirilməsi istiqamətində təkliflər verir. 
  • Statistik hesabatla bağlı bankdaxili prosedurlara müvafiq əlavə və dəyişikliklərin hazırlanmasında iştirak edir. 
  • Bankın səmərəlilik göstəriciləri üzrə təhlillərini aparır. 
  • Mərkəzi Banka və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanıb 
  • göndərilməsini təmin edir. 
  • Ehtiyac yarandıqda bütün struktur bölmələrdən və filiallardan bu şöbəyə təqdim olunan hesabatların təkmilləşdirilməsini tələb edir və bu istiqamətdə dəstək göstərir. 
  • Bankda hesabat formalarının təkmilləşdirilməsinə dair aidiyyəti departamentlərlə birlikdə müvafiq təkliflər hazırlayır. 
  • Şöbəyə daxil olmuş məktub və sorğulara cavablar hazırlanmasını təmin edir. 
  • Departamentin əsasnaməsinə uyğun olaraq  ona həvalə olunmuş digər vəzifələri həyata keçirir. 

Xüsusi tələblər

  • ali iqtisadi təhsilin və bankda maliyyə sahəsində ən azı 2 illik iş stajının olması;   
  • SQL biliyi 
  • peşəkar bilik və təcrübə; 
  • analitik düşüncə; 
  • kollektivdə işləmək bacarığı; 
  • işə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və bu ideyaları stimullaşdıra bilmək; 
  • MS Office proqramlarında işləmək bacarığı. 

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız