Qonaqların qarşılanması, SPA bölməsində qeydiyyata alınması və xidmətlərlə bağlı məlumatların verilməsini təşkil etmək;
SPA bölməsi üzrə gündəlik işlərə nəzarət etmək və qonaq gözləntilərinin qarşılanması və müştəri məmnuniyyətinin maksimuma çatdırılmasını təmin etmək;
Müştərilərin qəbul, rezervasiya proseslərinə şəxsən nəzarət etmək;
Tələb olunduqda SPA və Fitness mərkəzini və proqramları göstərmək üçün qrup tədbirlərinin təşkilatçıları ilə görüşmək;
SPA gəlirlərinin artırılması məqsədi ilə xüsusi proqramlar işləyib hazırlamaq və müştərilərə təqdim etmək;
Fitness üzrə təşviqat və media ilə bağlı bütün məsələlərdə hotelin ictimaiyyətlə əlaqələr üzrə şöbəsi ilə səmərəli şəkildə fəaliyyət göstərmək;
Hotel daxilində bütün şöbələr arasında effektiv kommunikasiyanın təmin edilməsini təmin etmək;
Standart əməliyyat prosedurlarına dair təlimatın işlənib hazırlanması və ona riayət edilməsini təmin etmək;
SPA və Fitness Şöbəsi işçiləri və köməkçi işçilərin işə götürülməsi, inkişafı və təliminə yardım göstərmək, peşəkar komanda mühiti yaratmaq, işçi heyətinə təlimlərin verilməsi və heyətin idarə edilməsi;
Pul, kassa əməliyyatları üzrə gündəlik hesabatların dəqiqliklə hazırlanması üçün daimi təlimləri təşkil etmək;
SPA inventarlarının uçotuna nəzarət və SPA məhsullarının maksimum xidmətə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq;
Digər şöbə işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti hotelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək;
Xüsusi tələblər
Azərbaycan, ingilis dilləri - əla , rus dili bilməsi arzuolunandır
Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı
Orta -ixtisas və ya bakalavr təhsili
Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı, mövcud problemin həllini yerində tapmaq
Micros POS əməliyyat sistemindən istifadə bacarığı
SPA və Fitness şöbəsində menecer vəzifəsində 2 il və daha çox təcrübəsi olan namizədlərə üstünlük verilir;