Bankın binalarında nəzərdə tutulmuş bərpa, yenidənqurma və təmir-tikinti işlərində iştirak etməli, ixtisaslaşdığı sahə üzrə işləri özü həyata keçirməlidir;
Ehtiyac duyulduqda kənardan dəvət olunmuş usta-təmirçilərin işini təşkil etməli, onlara tapşırılmış işlərə nəzarət etməli və yerinə yetirilmiş işləri qəbul etməlidir.
Bankın bütün filiallarında mütəmadi olaraq baxış keçirməli, məişət avadanlığının profilaktik təmirini təşkil və təmin etməlidir.
Təmir –tikinti işləri üçün gərəkli materialların düzgün məqsədlərlə istifadə olunmasına cavabdehlik daşımalıdır.
Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Xüsusi tələblər
texniki işlər üzrə baza biliklərə malik olmalı, tikintidə təhlükəsizlik qaydalarını bilməli, sürücülük kateqoriyası olmalıdır
Məsuliyyət
Nizam intizam
Enerji
Etik davranış
Peşəkarlıq
Problem həlletmə
Öyrənmə qabiliyyəti
Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.