Təhlükəsizlik şöbəsinin eksperti

Bakı

Bank of Baku
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  •  İşçilərin, müştərilərin və kənar şəxslərin bankın ofislərinə daxil olması və onların ofisdaxili hərəkət qaydalarına nəzarət edir və bunu tənzimləyir
  •  Oğurluq, qarət, yanğın, çaxnaşma, təbii fəlakət zamanı Bankın obyektlərinin qorunmasını təmin edir
  •  Bankın müştəriləri və qonaqlarının qarşılanması, ofis daxilində lazımi yerə istiqamətləndirilməsi və yola salınmasını təmin edir
  •  Təhlüksəizliyini qoruduğu obyektə icazəsiz daxil olmanın qarşısını alır
  •  Təhlükəsizliyini qoruduğu obyektdə müxtəlif əlaqələndirici cihazlardan istifadə edir
  •  Təhlükəsizliyini qoruduğu obyektdə siqnalizasiya sistemi ilə yaranan nasazlığın aşkar edilməsini və aradan qaldırılmasını təmin edir
  •  Təmir-profilaktika işləri zamanı binaya giriş-çıxışlara nəzarəti gücləndirir
  •  Bankın obyektlərində baş verə biləcək cinayətə qəsd zamanı aidiyyatı dövlət orqanları və onların nümayəndələrinə ətraflı dəstək göstərir
  •  Obyekt daxilində travma və xəsarət alındıqda ilkin tibbi yardımın göstərilməsini təmin edir
  •  Təsdiqlənmiş plana əsasən ona verilmiş səlahiyyətlər çərçivəsində bankda məxfi sayılan məlumatın sızmasının qarşısını alır
  •  Bankda xidmət göstərən dövlət mühafizə xidmətinin nümayəndəsi ilə qarşılıqlı anlayış şəraitində əməkdaşlıq edir
  •  Bankın rəhbərliyi və işçilərinin təhlükəsizliyinin qorunmasını təmin edir
  •  Təhlükəsizliyini qoruduğu obyektdə maliyyə vəsaiti, maddi qiymətlilər, yeni texnologiyaların qorunmasını təmin edir
  •  Təhlükəsizliyini qoruduğu obyektdə nəzarət kameralarının işlək vəziyyətdə olmasına nəzarət edir və onlarla bağlı problem aşkar etdikdə, bu haqda təcili olaraq birbaşa rəhbərinə məlumat verir
  •  Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  •  Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Xüsusi tələblər

  • Məsuliyyət
  • Nizam intizam
  • Cəsarət
  • Situativ davranış
  • Detallara diqqət
  • Etik davranış
  • Konfliktlərin idarə edilməsi
  •  Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
  •  Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
  • Dil biliyi Tələb olunmur
  • Kompüter biliyi Tələb olunmur

Telegram kanalımız