İnformasiya Təhlükəsizliyi və İT risklərinin idarə edilməsi üzrə Aparıcı Mütəxəssis / Təhlükəsizlik Departamenti

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (ISMS) beynəlxalq standartlara uyğun qurulması və saxlanılmasına dəstək;
  • İnformasiya Təhlükəsizliyi və İT riskələrin idarə olunması prosesinin təkmilləşdirilməsinə dəstək;
  • Giriş hüquqlarının idarə olunması prosesinin təkmilləşdirilməsinə dəstək;
  • Əməkdaşların sistemlərə giriş iznlərinin tənzimlənməsi və mütəmadi olaraq yoxlanılması;
  • İnformasiya Təhlükəsizliyi sahəsində maarifləndirmə məqsədilə təlim və s. materialların hazırlanması və əməkdaşlara kommunikasiya olunması;
  • Azercell əsas ofislər, müştəri xidmətləri ofisləri və data mərkəzlərində mütəmadi olaraq informasiya təhlükəsizliyi idarəetmə sistemi standartının tələblərinə uyğun olaraq “gap” analiz, risklərin müəyyənləşdirilməsi üzrə mütəmadi yoxlamaların aparılması;
  • Müəyyən olunmuş risklərin qeydiyyatının aparılması, kommunikasiya olunması və mütəmadi olaraq hesabatların hazırlanması;
  • Proseslərin İSO 27001 standartının tələblərinə uyğunluğunun yoxlanılması və qurulması;
  • İnformasiya təhlükəsizliyinə aid normativ sənədlərin mütəmadi olaraq nəzərdən keçirilməsi, zərurət olduğu hallarda yenilənməsi;
  • Şöbənin fəaliyyəti çərçivəsində digər işlərin həyata keçirilməsinə dəstək.
  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Hibrid iş rejimi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Təlim və fərdi inkişaf proqramları
  • Rəqabətli əmək haqqı
  • Bonus ödənişi
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
  • Korporativ telefon və nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi
  • Əlavə güzəşt və endirimlər
  • Bazar ertəsi - Cümə günü, saat 09:00 - 18:00.
  • Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
  • İş yeri: Tbilisi prospekti 149, AZ1122  Bakı, Azərbaycan (“Azercell Telekom” MMC, Baş ofis).

Xüsusi tələblər

  • Təhsil: Ali Təhsil (İnformasiya Təhlükəsizliyi və ya İnformasiya Texnologiyaları/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili - yaxşı səviyyədə;
  • Təcrübə: İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Əməliyyat Riskləri və ya digər əlaqəli sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • İSO/İEC 27001, NİST, COBİT, İTİL və s kimi standartlar haqqında praktiki biliklərin olması;
  • İnformasiya Təhlükəsizliyi və İT proseslərə aid normativ sənədlərlə işləmək bacarığı;
  • Siyasət və prosedurların hazırlanması və yenilənməsi üzrə iş təcrübəsinin olması;
  • CISA, CISM, CISSP, ISO 27001, İSO 31000 və s kimi sertifikatları olanlara üstünlük verilir;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
  • Nəzarət etmək qabiliyyəti;
  • Qərarvermə qabiliyyəti;
  • İşləri yüksək səviyyədə icra etmək bacarığı;
  • Yekun nəticəyə yönəlmə bacarığı;
  • Yüksək qavrama və analitik təhlil bacarıqları.

Telegram kanalımız