Daxili auditor

Bakı

Prior Leasing
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İllik Daxili Audit Planına əsasən daxili audit yoxlamaları aparmaq;
  • Şirkətin fəaliyyətində mövcud olan və yarana biləcək mühüm risklər barədə müvafiq struktur bölmələrini məlumatlandırmaq və icra strukturları tərəfindən onların səmərəli idarə edilməsinə  nəzarət etmək;
  • Şirkətin illik və cari maliyyə hesabatlarının hazırlanma prosesinə və nəticələrinə nəzarət etmək;
  • Daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair müvafiq orqanlara təkliflər vermək;
  • Daxili və kənar auditorlar tərəfindən irəli sürülmüş tövsiyələrin icraçılar tərəfindən icra olunub olunmamasına nəzarət etmək;
  • Kənar auditin nəticəsi əsasında maliyyə hesabatlarına ediləcək dəqiqləşmələri və əlavələri nəzərdən keçirmək;
  • Tənzimləyici orqanlar tərəfindən aparılmış yoxlamaların nəticələrini nəzərdən keçirmək və onların auditor xidmətinin təkmilləşdirilməsi üzrə tövsiyyələrini icra etmək.
  • Əmək haqqı: 1684 – 1939 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30. 

Xüsusi tələblər

  • Ali təhsil (iqtisadiyyat,maliyyə yönümlü ali təhsil üstünlükdür); 
  • Sahə üzrə ən az 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilməli (rus dili biliyi üstünlükdür);
  • Ofis proqramlarını bilməli;
  • Yüksək səviyyədə ünsiyyət qurmaq, liderlik və idarəetmə bacarığı;
  • Analiz etmək qabiliyyəti və stressə davamlılıq;
  • Regionlara ezamiyyətlərə hazır olmalı;
  • Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və Mülki Məcəlləsi üzrə biliklər.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız