Anbardar köməkçisi

Bakı

Prosound
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

İş barədə:
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
- Yükləri anbara qəbul edərkən, faktiki miqdarını eləcə də məhsulun vəziyyətini yoxlamaq;
- Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq;
- Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
- Malların təhlükəsizliyindən cavabdehlik daşımaq;
- Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək;
- Məsuliyyətində olan bütün anbarların təmiz, səliqəli və nizamlı saxlanmasını icra etmək.

İş qrafiki 11:00-20:00

Maaş namizədin bacarığına görə dəyişəcəkdir. Əlavələr olunacaqdır.

Xüsusi tələblər

NAMİZƏDƏ TƏLƏBLƏR
Fərdi keyfiyyət göstəriciləri:
- Kompyuterdən və Ofis proqramlarından (Microsoft Office Word, Excel) istifadə etməyi bacarmaq
- Şəxsi keyfiyyətlər: məsuliyyətlik, operativlik, diqqətlilik
- Diqqətcil;
- Komanda ilə işləmə bacarığı;
- Gərgin iş tempinə uyğunlaşa bilən.
CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.
CV-də qeyd olunan əlaqə nömrəniz aktiv olmalıdır. Məktubun mövzu bölməsində vakansiyanın adını mütləq qeyd edin.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq vakansiyanın adını yazmaları tələb olunur.
Uyğun namizədlər ilə əlaqə saxlanılacaq

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız