Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, hesabatların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarət edilməsi;
Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, həmçinin xidmət və təmirinə nəzarət edilməsi;
Xammalların, köməkçi materiallarının və istehsal olunan məhsulların sınağının normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirilməsi;
Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə vasitələrindən təlimata uyğun istifadənin təmin edilməsi;
Laboratoriya qeydiyyat jurnallarının doldurulmasının və onların saxlanmasının müəyyən olunmuş qaydada yerinə yetirməsinə nəzarət edilməsi;
Məhsulun keyfiyyətinə gələn şikayətlərin və zay məhsul istehsalının səbəblərinin araşdırılmasında iştirak edilməsi;
Yeni sınaq avadanlıqlarının və ölçmə vasitələrinin istifadə olunmasının mənimsənib tətbiq edilməsi;
Sınaq nəticələrinin və sınaq protokollarının hazırlanması;
İxrac olunan məhsulların keyfiyyət şəhadətnamələrinin hazırlanmasına nəzarət edilməsi.
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatı: 08:00-17:00
İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi).
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə;
Təlim və inkişaf imkanları;
Sağlamlıq sığortası;
Nahar;
Servis şirkət tərəfindən təmin olunur
Xüsusi tələblər
Un, Makaron, Qənnadı və İçki sahələri üzrə laboratoriya analizlərini bilməli;
Unun texniki göstəriciləri haqqında yüksək biliklərinin olması;
İstehsal prosesini bilməli;
İşdə dəqiqlik və detallara diqqət etmə qabiliyyəti;
MS Office proqramlarından sərbəst istifadə bacarığı.
Təhsil: Ali (Kimya, Qida məhsulları mühəndisliyi üzrə);
İş təcrübəsi: Min. 3 il (Un, Makaron, İçki və Qənnadı məhsulları istehsalı sahəsi üzrə).