Beynəlxalq əqdlər və vergitutma şöbəsinin aparıcı mütəxəssisi

Bakı

Azərbaycan Beynəlxalq bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • ABB-nın vergi (o cümlədən beynəlxalq vergitutma) və maliyyə siyasəti üzrə hüquqi dəstəyin göstərilməsi;
  • ABB-nın və investisiya yönümlü törəmə müəssisəsinin xarici və yerli maliyyə bazarlarında aparılan əməliyyatlar üzrə hüquqi dəstəyin göstərilməsi;
  • Xarici elementli müqavilələrin, onlara əlavə, dəyişikliklik və xitam sazişlərinin tərtib edilməsi və ya hüquqi ekspertizasının aparılması;
  • Maliyyə monitorinqi prosesinə və xaricə köçürmələr üzrə sorğulara hüquqi rəyin verilməsi;
  • Beynəlxalq qanunvericiliyin araşdırması və edilmiş dəyişikliklər üzrə ABB-nın məlumatlandırılması və ABB-nın fəaliyyətində tətbiq edilməsinə dair aidiyyəti üzrə təkliflərin verilməsi;
  • ABB-nın iştirak etdiyi xarici məhkəmə və arbitraj prosesləri ilə bağlı hüquqi dəstəyin göstərilməsi;
  • ABB-nın törəmə müəssisələrinin fəaliyyətinə hüquqi dəstəyin göstərilməsi;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər cari işlərin görülməsi.  

Xüsusi tələblər

  • Ali hüquq təhsilli;
  • Analitik düşünmə və təhlil qabiliyyəti olan;
  • Maliyyə sektorunda 2-4 il iş təcrübəsi olan (vakant vəzifəyə uyğun);
  • İngilis dilini yüksək səviyyədə bilən (əlavə olaraq Rus dili biliklərinə malik olan namizədlərə üstünlük veriləcək);
  • MS Office (əsasən MS Word və MS PowerPoint) proqramlarında sərbəst işləmək bacarığına sahib olan şəxsdir.

Telegram kanalımız