İşçi ehtiyaclarını müəyyən etmək və işə qəbul planını hazırlamaq;
İşə qəbul və təlim komandasının fəaliyyətlərinə nəzarət etmək və görülən işlərin hesabatını hazırlamaq;
İşə qəbul zamanı istifadə edilən testlərin yaradılması və mütəmadi olaraq yenilənməsini təmin etmək;
Yeni işçilərin adaptasiya prosesinin koordinasiyasını həyata keçirmək;
Təşkilati, funksional və fərdi səviyyədə təlim ehtiyaclarını analiz etmək və İllik Təlim Planını tərtib etmək;
Təlim Planına əsasən İllik Təlim Büdcəsini müəyyən etmək və səmərəli şəkildə idarə etmək;
İşçilərin təlimlərə cəlb edilməsi və təlimlərdə iştiraklarının təmin edilməsi məqsədi ilə güclü kommunikasiya strategiyasını qurmaq;
İşçilərin səriştə və bacarıqlarını qiymətləndirərək onlar üçün inkişaf planını hazırlamaq və davamçı yetişdirmə proqramlarını həyata keçirmək;
Şirkət üzrə İstedadların İdarəedilməsi proqramlarının təsdiqini təmin etmək və icrasına nəzarət etmək;
Departament və şöbələr üçün işçi bağlılığı strategiyalarını təklif etmək və icrası üçün lazımi tədbirlər görmək;
Təlimlərin effektivliyinin və investisiyanın rentabelliyinin periodik olaraq monitorinqini və qiymətləndirməsini həyata keçirmək və bu barədə rəhbərliyə hesabat təqdim etmək.
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Servis: səhər və axşam 20 Yanvar və Sumqayıt bazarından təmin edilir
Nahar: Təmin edilir
Xüsusi tələblər
Təhsil səviyyəsi:Ali təhsil (İnsan resursları istiqaməti üzrə)
İş təcrübəsi:İnsan Resursları sahəsində təcrübə, rəhbər olaraq 3 il təcrübə
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (əla) və Rus dili (arzuedilən)
Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər (xüsusilə, yüksək səviyyədə excel), ERP proqramları
Digər:Sahə üzrə beynəlxalq sertifikatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir.