Yanar mal-materialın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, tərəzidə çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması.
Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.
Materialların mühafizə olunduğu yerə aparılması (əl araba və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə,keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması.
Mal-materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması.
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
Xüsusi tələblər
Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinin yerinə yetirilməsi.
İstifadəçilərin sifarişlərinə görə materialların dəstlə komplektləşdirilməsi,
Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması.
İnventarlaşdırmanın aparılmasında iştirak etmək.
Təlimatları birbaşa rəhbərindən alır və işlərin daha səmərəli şəkildə planlaşdırılmasına kömək edir;
Mövcud alət və avadanlıqları yoxlayır və hazırlayır;
Malları qəbul edən zaman müəssisənin siyasətinə uyğun olaraq təmizlik və intizama riayət edir;
Düzgün texniki üsullar və avadanlıqlardan istifadə etməklə qablaşdırılmış malları təlimatlara uyğun olaraq çıxarır və yığışdırır;
Daxil olan ehtiyatları çatdırılma sənədlərinə əsasən yoxlayır və onların düzgün olmasını birbaşa rəhbəri ilə təsdiq edir;
Qəbul edilmiş malların keyfiyyətini, son istifadə tarixini, zədə və ya uyğunsuzluqları tələb olunduğu halda yoxlayır və bu barədə birbaşa rəhbərinə məlumat verir;
Çatdıralacaq məhsul və ya bağlamaları zədələmədən çevik və təhlükəsiz şəkildə saxlama ərazisinə daşınmasını təmin edir.