Masaj kabinetinin müştərilərini qəbul etmək, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və.s) öyrənmək.
Masaj, bədən və üz proseduraların tip və növünü müəyyən etmək.
Sertifikatlaşdırılmış masaj avadanlığı və inventardan istifadə etmək, masaj avadanlığını və inventarını masaj seansı üçün hazırlamaq.
Masaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit, kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirmək.
Qonaq şikayətlərini həll etmək, qonaqların məmnunluğunu təmin etmək və baş verən hadisələr və ya qonaq şikayətləri barədə rəhbərliyə məlumat vermək.