o Kompüter Elmləri, Kiber Təhlükəsizlik, İnformasiya Texnologiyaları və ya əlaqəli ixtisaslar üzrə bakalavr və ya mgistr təhsili.
o CompTIA Security+, CISSP, CEH, CISM və s. kimi beynəlxalq dərəcəli sertifikatların olması.
o Müxtəlif kibertəhlükəsizlik sahələrində, o cümlədən şəbəkə təhlükəsizliyi, nüfuz testi, insidentlərə reaksiya, kriptoqrafiya və s. sahələrdə təcrübə.
o Kibertəhlükəsizlik sahəsində praktik təcrübə (təhlükəsizlik analisti, şəbəkə inzibatçısı, penetration tester, kibertəhlükəsizlik mühəndisi və s.)
o Kibertəhlükəsizlik həllərinin dizaynı, tətbiqi və idarə olunmasında ən azı 3-5 il təcrübə.
Tədris və Ünsiyyət Bacarıqları:
o Bilik və bacarıq səviyyələri fərqli olan tələbələrə mürəkkəb texniki anlayışları effektiv şəkildə çatdırmaq üçün güclü ünsiyyət bacarıqları.
o Ability to adapt teaching methods to suit diverse learning styles and create engaging and interactive lessons. Tədris metodunda müxtəlif öyrənmə üsullarından istifadə etmək, dərsləri cəlbedici və interaktiv təşkil etmək bacarığı.
o Davamlı şəkildə tələbələrin öyrənmə prosesini dəstəkləmək, onların suallarını cavablayarkən və üzləşdikləri problemləri həll edərkən səbr nümayiş etdirmək.
o Tələbələrin problemlərini həll etmək və suallarına effektiv cavab vermək üçün güclü problem həll etmə bacarıqları.
4. Tədris proqramının hazırlanması:
o Mühazirələr, tapşırıqlar, laboratoriyalar, yoxlama sualları və layihələr daxil olmaqla kibertəhlükəsizlik kursu materiallarının layihələndirilməsi və hazırlanması bacarıqları.
o Sürətlə dəyişən kibertəhlükəsizlik sahəsini davamlı təqib etmək, ən son tendensiyaları və texnologiyaları tədris planına inteqrasiya etməyi bacarmaq.
5. Təqdimat və ictimai çıxış:
o Maraqlı və məlumatlandırıcı təqdimatlar etmək bacarığı.
o Tələblər qarşısında, ehtiyac olduqda isə kursdan kənar konfrans və seminarlarda rahat çıxış etməyi bacarmaq.
Texniki Bacarıqlar: Kibertəhlükəsizlik alətləri, texnologiyaları və çərçivələri (framework) haqqında dərin biliklər.
o Əməliyyat sistemləri (Windows, Linux) və şəbəkə anlayışları üzrə biliklər.
o Firewall, WAF, NAC, DLP, IAM, PAM, SIEM, SOAR, EDR/XDR və s. kimi təhlükəsizlik həlləri ilə iş təcrübəsi.
o Open Sourse kiber təhlükəsizlik həlləri ilə iş təcrübəsi.
Müxtəlif pentest alətləri ilə iş təcrübəsi.
o Etik davranışa əməl etmə və tələbələrə etik təcrübələri aşılamaq bacarığı.
o Peşəkarlıq və müxtəlif sahələrdə kibertəhlükəsizliyin əhəmiyyətini yaxşı başa düşmək.
o Kibertəhlükəsizlik biliklərini davamlı olaraq yeniləmək.
o Müxtəlif kibertəhlükəsizlik platformalarında, forumlarda, konfranslarda və tədbirlərdə fəal iştirak alqışlanır.
o Daha əvvəl təlim və tədris rəcrübəsi varsa bu alqışlanandır, amma ciddi tələb deyildir. Kibertəhlükəsizlikdə peşəkarlıq və təcrübə isə vacib tələbdir.
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun