ESD proqram təminatı üzrə biznes analist

Bakı

PROSYS LLC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
  •  Biznes tələblərin qeydə alınıb analiz olunaraq SCRUM komandasına ötürülməsi
  •  Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması
  •  Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması)
  •  Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
  •  Texniki tapşırıqların SCRUM komandası ilə müzakirə edilməsi
  •  Tələblərin izlənilməsi
  •  Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
  •  Biznes tələblərinə görə hesabatların hazırlanması
  •  Yeni funksionallığın test olunması
  •  Proqram təminatlarında lazımi konfiqurasiyaların aparılması
  •  Daim yeni texnologiyalar haqqında bilik sahibi olması
  •  Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi
  • İş şəraiti:  İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. İstirahət günləri: şənbə, bazar
  •  Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Xüsusi tələblər

  •  ESD (Elektron Sənəd Dövriyyəsi) layihələrindən ən az birində haqqında təcrübə
  •  Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
  •  Minimum 3 il iş təcrübəsi
  •  İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
  •  Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
  •  Biznes və texnologiyanın tələblərini anlamaq
  •  Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq
  •  Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
  •  Agile və SCRUM haqqında biliklər
  •  Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər
  •  SQL, PL/SQL üzrə biliklər
  •  Balsamiq Wireframes, Jira, MS - Office Visio proqram təminatlarını yaxşı bilmək;
  • Problemlərin həll edilə bilməsi və analitik təfəkkür

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız