cinayət işlərinin istintaqı prosesində texniki-kriminalistik vasitələrdən və digər avadanlıqlardan istifadə olunmasını təmin edir
istintaq hərəkətləri zamanı müxtəlif izlər götürür, götürülmüş əşyaların qablaşdırılmasında iştirak edir, texniki-kriminalistik vasitələri və digər avadanlıqları saz və işə yararlı vəziyyətdə saxlayır, onların istifadəsi ilə bağlı müvafiq qeydiyyat aparır
kriminalistik avadanlıqların quraşdırılmasını təmin edir, öhdəsində olan ədəbiyyatın, texnika və avadanlıqların kriminalistik laboratoriyanın təyinatı üzrə istifadə edilməsinə, yararlı vəziyyətdə qorunub saxlanılmasına, onlara təhkim olunmuş avtomaşınların bazasında quraşdırılmış səyyar kriminalistik laboratoriyanın saz və işə yararlı vəziyyətdə qorunub saxlanılmasına məsuliyyət daşıyır və istifadəsi ilə bağlı müvafiq qeydiyyat aparır
dislokasiyaya təhkim olunmuş avtomaşınları yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarına riayət olunmaqla idarə edir, avtomaşınların saz vəziyyətdə saxlanılmasına məsuldur
cinayət işləri üzrə kompüter texnikasının və digər informasiya daşıyıcılarının baxışında mütəxəssis kimi iştirak edir, DİN-nin BƏSİİ-ə göndərilən mərkəzləşdirilmiş kriminal və axtarış uçot kartoçkaları üçün xüsusi qaydada fotoşəkillərin çəkilməsini təmin edir, zərurət yarandıqda əl-barmaq izlərini kartoçka və rəqəmsal daşıyıcılar üzərinə çıxararaq araşdırma aparan şəxsə təqdim edir
kompüter texnikasının işlədilməsinə nəzarət etməklə onların saz və işə yararlı vəziyyətdə saxlanılmasını təmin edir, cinayət işləri və materiallar üzrə kompüter proqramlarından istifadə etməklə fotocədvəllərin tərtib olunmasını təmin etməklə çəkilmiş foto və videogörüntüləri rəqəmsal daşıyıcılarda istintaqı aparan şəxslərə təqdim edir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdəazı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: ali təhsil
İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA1