Baş məsləhətçi - kargüzar-mühasib (3 saylı regional bölmə (Quba, Qusar, Xaçmaz, Şabran))

Quba, Qusar, Xaçmaz, Şabran

İqtisadiyyat Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • bölmə müdiri işdə olmadıqda onun vəzifələrini icra edir
  • bölmənin iş planının hazırlanmasında iştirak edir
  • statistik və digər hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim edir
  • malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi qaydalarının tələblərinə tam riayət edilməklə malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsini təmin edir
  • mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşməni təmin edir
  • aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılmasını təşkil edir
  • mühasibat (maliyyə) hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edir, daxil olan pul vəsaitlərinin uçotunu təmin edir
  • mütəmadi olaraq görülmüş işlər barəsində bölmə müdirinə hesabatları təqdim edir
  • bölmə üzrə sənəd dövriyyəsini və kargüzarlıq işlərini təşkil edir və bilavasitə həyata keçirir
  • bölmədə  icra intizamının vəziyyəti barədə mütəmadi olaraq bölmə müdirinə məlumat verir
  • bölməyə daxil olmuş sənədlərin qeydiyyatını aparır bölmə müdirinin dərkanarına uyğun olaraq sənədlərin bölmənin əməkdaşlarına çatdırılmasını təmin edir
  • sənədlərin vaxtında icrasına nəzarəti təmin edir
  • zərurət olduğu halda bölmə müdirinin tapşırığı ilə antiinhisar və reklam qanunvericiliklərinin pozulması halları ilə bağlı sənəd və məlumatların toplanması və istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunması, istehlak bazarında, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində (obyektlərdə) mövcud norma və qaydalara riayət edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada monitorinq, yoxlama və araşdırmalar aparır
  • vəzifə üzrə rəhbəlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

Telegram kanalımız