- Xidmətin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların, təşkilati-sərəncamverici, metodik və digər normativ və qeyri-normativ sənədlərin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;
- Hüquqi təhlil və ekspertiza işlərini icra edir;
- Xidmətin fəaliyyəti ilə bağlı mülki, idarələrarası və digər xarakterli müqavilələrin hazırlanmasında iştirak edir və hazırlanmış müqavilələrin hüquqi ekspertizasını həyata keçirir;
- Xidmətdə qanunvericilik bazasının formalaşdırılması, mütəmadi olaraq təkmilləşdirilməsi və yenilənməsini təmin edir;
- Dövlət müəssisələrinin çevrilməsi nəticəsində təsis olunmuş səhmdar cəmiyyətlərin, habelə Xidmət tərəfindən müəssisə, idarə və təşkilatların yaradılması, yenidən təşkil olunması və ləğv edilməsinin dövlət qeydiyyatını təmin edir;
- Özəlləşdirilən müəssisə və obyektlərin yenidən təşkilinin və ləğvinin qanunvericiliyə uyğun olub-olmamasını təhlil edir;
- Dövlət, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Xidmətə ünvanlanmış və icrası sektora tapşırılmış müraciətlərə və sorğulara qanunvericiliklə müəyyən olunmuş qaydada baxılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin edir;
- Müvafiq qanunvericilik aktlarında və dövlət proqramlarında Xidmətə həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncamverici sənədlərdə nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsini təmin edir;
- Xidmətin strukturlarına Xidmətin fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərilməsi, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər verir;
- Şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları aidiyyəti hissədə və dövrlər üzrə hazırlayır;
- Xidmətin müvafiq əmrləri ilə təsdiq edilmiş qaydaların (“İşgüzar geyim qaydaları”, “İş vaxtının rejimi Qaydaları” və s.) tələblərinə riayət edir;
- Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyinin və sektor müdirinin tapşırıqlarını yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;