Xidmətin Aparatının və regional bölmələrinin səmərəli fəaliyyəti üçün zəruri olan mebel, ofis texnikası, avadanlıq və rabitə vasitələrinin, kargüzarlıq ləvazimatlarının müəyyən olunması ilə bağlı tədbirlər görür və onların alınması ilə bağlı təkliflər verir;
Qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Xidmətin Aparatının balansında olan əsas vəsaitlərin, eləcə də öhdəliklərin, hesablaşmaların, kapitalın və s. maddi sərvətlərin, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasının aparılması ilə bağlı tədbirlər görür;
Xidmətin mal-material ehtiyatlarının saxlanılması və uçotunu təmin edir;
Sektora daxil olan məktub, müraciət və digər sənədlərə baxılması, cavabların hazırlanması və müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsini təmin edir;
Xidmətin müvafiq əmrləri ilə təsdiq edilmiş qaydaların (“İşgüzar geyim qaydaları”, “İş vaxtının rejimi Qaydaları” və s.) tələblərinə riayət edir;
Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyinin və sektor müdirinin tapşırıqlarını yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdəazı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBB1