- Elektron məlumat bazalarının idarə edilməsi və həmin məlumatların qorunması və təhlükəsizliyi məqsədilə zəruri tədbirləri həyata keçirir
- Ərazi şöbəsinin fəaliyyətinin nəticələrini əks etdirən hesabat formalarının xüsusi proqram təminatı vasitəsilə tərtib edilməsində iştirak edir
- Şöbənin kompüter və digər əlaqəli sistemlərindən qənaətlə, düzgün istifadə edilməsinə nəzarət edir
- Şöbəyə daxil olan sənədlərin elektron dövriyyəsi zamanı meydana çıxan problemlərin aradan qaldırır
- Şöbəyə daxil olan məktub və müraciətlərə baxır və cavablar hazırlayır
- Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyinin tapşırıqlarının yerinə yetirir
- TEKUIS baza məlumatlarına tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibatı tənbehvermə haqqında qərarların işlənilməsi və icrasına nəzarət edir
- DWG baza məlumatlarında torpaq sahələrinin koordinatları və təyinatı barədə məlumatları dəqiqləşdirir
- Dövlət əmlakının registri ilə bağlı təqdim olunan illik hesabatları yoxlayır
- Xidmətin müvafiq əmrləri ilə təsdiq edilmiş qaydaların (“İşgüzar geyim qaydaları”, “İş vaxtının rejimi Qaydaları” və s.) tələblərinə riayət edir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;