Məsləhətçi (Mühasibat uçotunun beynəlxalq standartlarının tətbiqi sektoru)

Bakı

Maliyyə Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mühasibat uçotu və audit sahəsində normativ-hüquqi aktların təkmilləşdirilməsi və hazırlanması üzrə təkliflər verir
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartların tətbiqi üzrə tövsiyələrin, təlimatların və qaydaların hazırlanması, habelə təkmilləşdirilməsi üzrə təkliflərin verir
  • Ciddi hesabat blankları ilə bağlı məlumatların alınması və təhlilində iştirak edir
  • Kommersiya təşkilatlarından illik maliyyə hesabatlarının alınması ilə bağlı məktubların hazırlanması, göndərilməsi və bu təşkilatların qeydiyyatının aparılması işlərini yerinə yetirir
  • Qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun olaraq publik hüquqi şəxslərdən və kommersiya təşkilatlarından illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını alır
  • Mühasibat uçotu subyektləri tərəfindən təqdim edilmiş maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanmamasına görə tədbirlərin görülməsi üçün müvafiq sənədləri hazırlayır
  • Vəzifəsi üzrə şöbə müdiri, müdir müavini və sektor müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız