Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsinə dair təşəbbüslərin və layihələrin işlənib hazırlanmasında, həyata keçirilməsində, eləcə də təkmilləşdirilməsində səlahiyyətləri daxilində iştirak edir
Dövlət büdcəsindən Dayanıqlı İnkişaf Məqsədlərinə yönəldilən vəsaitlərə dair icra və proqnoz göstəriciləri ilə bağlı məlumatların tərtib edir
Dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən və milli prioritetlərə uyğun innovativ maliyyələşdirmə mexanizmlərinin müəyyən edilməsi və tətbiqi ilə bağlı təkliflərin işlənib hazırlayır
Aidiyyəti dövlət orqanları və Nazirliyin struktur bölmələri ilə Dayanıqlı İnkişaf Məqsədlərinə dair qarşılıqlı fəaliyyətin və məlumat mübadiləsinin təmin olunmasında səlahiyyətləri daxilində iştirak edir
Dövlət orqanlarının qərarlarının, sərəncamlarının və normativ sənədlərinin icra edilməsini daim nəzarətdə saxlayır
Vəzifəsi üzrə mərkəzin direktoru, direktor müavinləri və sektor müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdəazı 10 il iş stajı olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Office proqramları, ofis texnikasından istifadə, internetdən istifadə (orta səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBA4